• $
  • £

Azərbaycanda dəhşətli yol qəzası

Azərbaycanda dəhşətli yol qəzası
03.05.2018 08:54
Goranboy rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
 
"Qafqazinfo”nun APA-ya istinadən xəbərinə görə, Xan Qərvənd kəndinə gedən yolda "Niva” və "Toyota Land Cruiser” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
 


Dünyasını dəyişənlər Ağdam rayon sakini, 1960-cı il təvəllüdlü  Quliyev Füzuli Şura oğlu, onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Quliyeva Cəmilə Sovet qızı və Goranboy rayon sakini Süleymanov Əli Süleyman oğludur.

Xəsarət alan 4 nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 
 



Yaralananlar arasında üç uşaq var, onların vəziyyəti normaldır. 

DİN-nin mətbuat xidmətinin qərb regional  qrupunun baş inspektoru Eşqin Qasımovun verdiyi məlumata görə, ekspertiza müayinəsi zamanı məlum olub ki, qəzaya səbəb "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü, 1960-cı il təvəllüdlü Füzuli Qasımovun sükan arxasında infarkt keçirməsi olub. Sürücü avtomobilə idarəetməni itirərək yolun qarşı tərəfinə çıxıb və "Niva” ilə toqquşub.
 
Ciddi xəsarət almayan F. Qasımov xəstəxanada həyat yoldaşının və digər avtomobildə olan bir nəfərində öldüyünü eşidərək ürək tutmasından orada keçinib.
 
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Cəmiyyət 17:42
Adam öldürən yol polisi hələ də məsuliyyətə cəlb olunmayıb - İDDİA - VİDEO
Bakıda su borusu partlayıb - VİDEO
Cəmiyyət 14:37
Bakıda su borusu partlayıb - VİDEO
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Cəmiyyət 11:22
“Vətən Sahibi” kitabının təqdimat mərasimi keçirilib
Ağacəkmə aksiyası keçirilib
Cəmiyyət 12:33
Ağacəkmə aksiyası keçirilib
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Cəmiyyət 14:31
“Bravo”nun həyətində 4 maşın toqquşdu - FOTOLAR
Azərbaycan Ordusunun əsgəri həlak olub
Cəmiyyət 10:11
Azərbaycan Ordusunun əsgəri həlak olub
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Cəmiyyət 22:42
Qaydanı pozan “AA” seriyalı maşın müzakirələrə səbəb oldu - Foto+Video
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Cəmiyyət 18:11
Şəhid Rövşən Hüseynov anıldı - FOTOLAR
Bu il neçə uşaq
Cəmiyyət 17:42
Bu il neçə uşaq "ASAN Məktub"-a müraciət edib? - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol