• $ 1.7
  • € 1.9964
  • ₽ 0.021129
  • ₺ 0.0398
  • £ 2.2726

Eyni ayda, eyni yaşda öldülər - Vəzifədə ikən dünyasını dəyişən məmurlar

Eyni ayda, eyni yaşda öldülər - Vəzifədə ikən dünyasını dəyişən məmurlar
23.06.2018 20:33
Bu gün Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov qəfildən dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu, son 10 ayda Camalovlar ailəsinə ikinci ağır itkidir.
Belə ki, ötən ilin sentyabrında Yavər Camalovun oğlu Rövşən Camalov uzun sürən xəstəlikdən sonra Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişmişdi.
Nazir postuna 2006-cı ildə təyin olunan Yavar Camalov vəzifədə olarkən vəfat edən ilk yüksək çinli məmur deyil.
Xatırlayırsınıza, mərhum energetika naziri Natiq Əliyev də vəzifədə ikən vəfat edib, sevənlərini gözüyaşlı qoymuşdu. Maraqlıdır ki, Əliyev də Camalov kimi, iyun ayında dünyasını dəyişib. O da Türkiyədə müalicə alarkən iyunun 8-də beyin insultu keçirmişdi.
Azərbaycanın səhiyyə nazirinin müavini Abbas Vəlibəyov da vəzifədə olarkən dünyasını dəyişən məmurlar siyahısındadır. O, cari ilin aprelində 71 yaşında ikən gözlərini əbədi yumub.
Nazir müavininin ölümündən bir həftə sonra isə Milli Məclisin deputatı Astan Şahverdiyev istirahət məkanlarının birində vəfat edib. Ölümü belə qalmaqal yaradan Cəbrayılın millət vəkili də Abbas Vəlibəyov kimi 71 yaşında gözlərini əbədi olaraq yumuq.
Bundan başqa, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov, Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimov da vəzifədən getməmiş həyatdan gediblər.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Cəmiyyət 10:37
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Cəmiyyət 14:20
Yay Olimpiya Oyunlarında qızıl medal qazananlar 400 min manat alacaq - Sərəncam
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Cəmiyyət 15:02
Milli Məclis buraxılıb, sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib - SƏRƏNCAM
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Cəmiyyət 13:17
Keçən il müdafiə xərcləri 27,4% çoxalıb
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Cəmiyyət 14:39
Prezident İlham Əliyev BDU-nun rektoru ilə bağlı sərəncam imzalayıb
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Cəmiyyət 16:02
Onlar Ələsgər Məmmədlinin azadlığa buraxılması üçün nazirə müraciət edib
Vergi işçiləri təltif olunub - Sərəncam
Cəmiyyət 16:07
Vergi işçiləri təltif olunub - Sərəncam
Hərbçilərin pensiya yaşı artırılıb
Cəmiyyət 13:25
Hərbçilərin pensiya yaşı artırılıb
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Cəmiyyət 17:39
Azərbaycan hərbçisi Zəngilanda yaralanıb - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol