Prezidentin qızı Lermontova şeir yazdı - VİDEO
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva M.İ.Lermontov haqqında şeir yazıb. Şeir görkəmli rus ədibi Mixail Yuryeviç Lermontovun 200 illik yubileyinə həsr olunub.Şeirə aid xüsusi videoçarx da hazırlanıb. Videoçarxda dramaturqun rəsm əsərlərindən istifadə olunub.Qeyd edək ki, Mixail Yuryeviç Lermontov 1814-cü il oktyabr ayının 15-də Moskvada anadan olub. Dəfələrlə Qafqaza səyahət edən şair, dramaturgiyamızın banisi M.F.Axundovla yaxından tanış olmuş və məhz onun yaxından köməyi nəticəsində məşhur məhəbbət dastanımız "Aşıq Qərib"i "Türk nağılı" adı ilə qələmə alıb. M.Y.Lermontov rus ədəbiyyatında realist rus sosial psixoloji roman janrının əsasını qoymuş və "Zəmanəmizin qəhrəmanı" romanını yazıb. //Anspress