• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Bakı 2015 Avropa Oyunlarında Azərbaycanın ilk idmançıları FOTO

Bakı 2015 Avropa Oyunlarında Azərbaycanın ilk idmançıları FOTO
19.11.2014 13:39
Bakı 2015 Avropa Oyunları bu gün İlk Avropa Oyunlarının idman elçiləri olacaq on bir Azərbaycan idmançısını elan etmişdir.ANN.Az Trend-ə istinadən xəbər verir ki, idmançılar öz idman növlərini və ölkələrini təmsil etmək üçün seçilmişlər və qarşıdan gələn Oyunlarla bağlı marketinq kampaniyalarında iştirak edəcəklər. Onlar növbəti yay keçiriləcək tədbirin bütün Azərbaycanda təbliğ edilməsində iştirak edirlər.Açılış mərasimi yaxınlaşdığından, onlar həmçinin Bakı 2015-in geniş şəkildə qeyd ediləcək möhtəşəm tədbirlərində iştirak edəcəklər.Seçilmiş idmançılar bunlardır: Suğra Müqabilzadə (oxatma), Nazim Babayev (yüngül atletika), Amil Həmzəyev (basketbol 3x3), Elgün Əlizadə və Murad Sultanov (velosiped idmanı), Səbinə Mikina (qılıncoynatma), Marina Durunda (gimnastika), Elmar Qasımov (cüdo), Ceyran Əliyeva (voleybol), Rövşən Bayramov və Mariya Stadnik (güləş).Azərbaycan Respublikasının gənclər və idman naziri və Bakı 2015-in baş icraçı direktoru Azad Rəhimov demişdir: “Bu idmançılar ölkənin ən yaxşı idmançılarından bir neçəsidir və onlar Avropa Oyunlarının ən yaxşı idman elçiləri olduqlarını sübut edəcəklər. Biz onlardan Bakı 2015-in yaşadacağı həyəcanı ölkənin digər bölgələri ilə də paylaşmalarını istəyirik və əminəm ki, onların nailiyyətləri bütün Azərbaycan gənclərini həvəsləndirəcək”.Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə söyləmişdir: “Biz İdman elçiləri proqramı üzrə Bakı 2015 ilə birgə çalışmaqdan məmnunluq duyuruq. Bakı 2015 idmançılarımız üçün beynəlxalq arenada bacarıqlarını, öz idman növləri və ölkələrini təmsil etmələri üçün son dərəcə mühüm imkandır və İdman elçiləri proqramı onlara öz karyeralarını inkişaf etdirməkdə yardımçı olacaq”. Bakı 2015 İdman elçiləri proqramı beynəlxalq kampaniyalar vasitəsilə Avropa Oyunları haqda dünya miqyasında məlumatlılığın artırılmasına kömək edəcək tanınmış elçiləri də cəlb edəcək. Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq demişdir: “İdman elçiləri proqramı birinci Avropa Oyunlarına yardım etmək üçün Avropadan qalib olacağına ümid edən məşhur idmançıların dəstəyindən yararlanacaq və bunun uğurlu olacağına əminik. Göstərdikləri köməyə görə bütün Azərbaycan idmançılarına təşəkkür etmək istərdik və irəlidən gələn aylarda Bakı 2015-in təbliğ edilməsində onlarla birgə çalışmağı səbirsizliklə gözləyirik”.Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir. On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Boks, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon, Güləş və Voleybol daxildir.Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol