• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Bakı 2015 Avropa Oyunlarına indiyədək nə qədər pul xərclənib?

Bakı 2015 Avropa Oyunlarına indiyədək nə qədər pul xərclənib?
18.11.2014 18:01

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarına indiyədək 150 milyon avro xərclənib.

ANN.Az "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyədə səfərdə olan Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov yerli jurnalistlərə açıqlamasında bildirib. O bildirib ki, Oyunlar üçün nəzərdə tutulan idman qurğuları gələn il fevralın 1-dək tam hazır olacaq: "Həmin gün 7300 nəfərlik Olimpiya Kəndi və hazırda inşası davam edən 65 min nəfərlik Bakı Olimpiya Stadionunun açılışı olacaq. Bundan sonra may ayınadək həmin qurğularda test yarışları olacaq.

Arenalarımızla bağlı hər hansı problem yoxdur. Hər şey qaydasındadır. Çalışmalar sürətlə davam edir. Nazirin sözlərinə görə, Azərbaycan müstəqilliyini elan etdikdən sonra ən böyük hədəfi dünyada tanınmaqdan ibarət olub: "Fikrimcə, bunun ən gözəl və doğru yolu idmandır. İdman yarışları sayəsində bütün dünya bizi tanıyacaq. Bu səbəbdən həm dövlətimiz, həm də xalqımız Avropa Oyunlarını son dərəcə önəmli tədbir sayaraq, hazırlıqlarını bu düşüncə ilə həyata keçirir. Qeyd edək ki, A.Rəhimov Türkiyənin İstanbul şəhərində "Bakı-2015" Avropa Oyunlarının təqdimat mərasiminə qatılıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol