• $
  • £

"Real"dan daha bir transfer bombası: Messinin düşməni gəlir

28.05.2020 21:20
Kriştiano Ronaldonu "Yuventus"a satan "Real" daha bir ulduz futbolçunu transfer edir.


Qaynarinfo xəbər verir ki, Madrid klubu "İnter"dən Mauro İkardini heyətinə qatır. İspaniya mediasının məlumatına görə, "Real" İtaliya klubuna futbolçunun müqaviləsindəki sərbəst qalma maddəsində göstərilən 110 milyon avro ödəməklə transferi reallaşdıracaq.


Avropa mediası bu transferi Lionel Messiyə qarşı həmlə olaraq dəyərləndirir. Belə ki, Messi və İkardi arasında uzun müddətdi gərginlik davam edir. "Barselona"nın aşağı yaş qruplarında futbolun sirrlərini öyrənən İkardinin həm Kataloniya klubuna, həm də Messiyə müasibəti yaxşı deyil. Hətta onun bu səbəbdən Argentina millisi ilə dünya çempionatına aparılmadığı deyilir. 


Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İkardi 2011-ci ildə 300 min avroya "Sampdoriya"ya transfer olunub. Bu klub isə 2 il onra onu 13 milyon avroya "İnter"ə satıb. Hazırda "Transfermarkt" İkardiyə 95 milyon avro qiymət qoyub. 25 yaşlı hücumçu ötən mövsüm A Seriyasında keçirdiyi 34 oyunda 29 qol vurub və bombardir olub.


Onu da qeyd edək ki, "Real"ın "Çelsi"dən Eden Hazardı 190 milyon avroya transfer edəcəyi deyilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol