Leyla Əliyevadan yeni şeir
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini təqdim edib.
ANN.Az Modern.az-a istinadən həmin şeiri təqdim edir:“Bir də sənin xətrinə dəymərəm...” (Я не буду тебя больше обижать...)Vaxt görən hara uçdu...Amma yaman tez uçdu.Qar yağdı, boran gəldi –qapıda yenə qışdı...Ruhum sıxıldı yaman,qəlbimə çökdü duman.Yaydan güc alan ruhum,qışa düşdü... üşüdü...Bağdakı qönçələr də,büzüşdülər - açmırlar;Xəzərin qumsalları,bərq vurub sayrışmırlar.O kəslər ki, tənhadır,Elə tək də qalacaq -Şaxta sinələrini,Qəm-qüssəylə yaxacaq...Qəlbim, niyə donmusan?..axı ürəyi saranbuzu necə isidim? –Söylə, necə əridim?Deyəsən sən özün dəheç bunu istəmirsən.Buza dönmüş ruhuna,qışı doğma bilirsən...Ax... Bu zaman, görəsən,hara belə tez uçdu?Haray çəkdim bir “Dayan!”..Əqrəb altını vurdu...Yol zülmətə büründü...Günəşdən nur istədim,batdı...pərtliyim güldü...Əlim çatsaydı Günə,gizlədərdim ovcumda –Heç vaxt şər qarışmazdı;Həmişə gözlərimdəgöz yaşı, qüssə görənGecə qonaq gəlməzdi...Gəl, sən məni bağışla,Ürəyim, bircəciyim.Bir də sənin xətrinədəymərəm, söz veririm..!Lap dünya dağılsa da,Səndən uzaq düşmərəm...Fəqət, bilməm nə edim,Nə qədər çalışsam daSəni anlamıram mən...Səni anlamıram mən...ANN.Az