• $
  • £

Barəsində cinayət işi açılan həkim "Ege Hospital"da (FOTO)

Barəsində cinayət işi açılan həkim
25.07.2018 08:54
Adı tez-tez xəstə ölümlərində hallanan "Grand Hospital”nüfuzunun zədələnməsi səbəbindən bir neçə ay öncə rebrendinq edərək, adını "Ege Hospital” olaraq dəyişsə də, klinikanın imicində müsbətə doğru heç bir irəliləyiş olmayıb. Belə ki, klinika azərbaycanlı həkimləri kütləvi şəkildə işdən çıxardıqdan sonra, onların yerinə Türkiyədən həkimlər dəvət edib. Lakin gələn həkimlərin çoxunun keçmişi elə "Ege Hospital”ın keçmişi kimi qaranlıqdır. Daha doğrusu hospital Türkiyə səhiyyəsinin illər öncə dışladığı şəxsləri Bakıya gətirib. Onlardan biri də op.dr Aytekin Başarğandır. Aytəkin Başarğanın necə həkim olduğunu bilmək üçün adını "Google”da axtarışa vermək kifayətdir. Bu zaman qarşınıza Türkiyənin onlarla nüfuzlu mətbu orqanında onun 53 yaşlı bir xəstənin başına açdığı oyun barəsində geniş məqalələr çıxacaq. Yazılanlardan belə anlaşılır ki, Başarğanın qəssablıq fəaliyyəti onun həkimliyini çoxdan kölgədə qoyub.

Op. Dr. Aytekin Başargan 


Qaynarinfo Türkiyə mətbuatına istinadən illər öncə op.dr Aytekin Başarğanın başarısızlığından bəhs edən yazını sizlərə təqdim edir:
Op. dr. Aytekin Başarğan İzmirdə Alsancık Dövlət Xəstəxanasında çalışdığı illərdə 53 yaşlı Gülümsər Kalabalık adlı Türkiyə vətəndaşını zobuna görə əməliyyat edərkən yanlışlıqla qida borusunu kəsib. Vəziyyəti getdikcə pisləşən qadını yenidən həyata qaytarmaq üçün əməliyyata daha sonra başqa bir həkim girib və əməliyyat masasında yarımcan halda qalan xəstənin mədəsini 20 santimetr yuxarı çəkərək, birbaşa qırtlağına birləşdirmək məcburiyyətində qalıb.


Bu əməliyyatın ardından 53 yaşlı qadın daha 3 əməliyyat keçirsə də, əvvəlki sağlamlığına qovuşa bilməyib. O, özü mətbuata açıqlamasında əməliyyatdan sonra yemək yeyə bilmədiyini, 10 kilo arıqladığını, sadəcə su ilə qidalandığını, həmçinin səs tellərinin zərər gördüyünü deyib. Bu səbəbdən qadın məhkəməyə müraciət edərək onu əməliyyat edən həkim, yəni Op. Dr. Başarğan barəsində 52 min lirəlik təzminat davası açıb.



Gülümsər Kalabalık


Həkim isə özünü müdafiəsində, qısaca desək, tibbdə belə şeylərin ola biləcəyini və xəstəni daha sonra başqa bir həkimə yönləndirdiyini söyləyərək, barəsində qaldırılmış ittihamları qəbul etməyib.


Xəstənin bacısı Neşe Pınar əməliyyatdan sonra bacısının yaşayan bir ölü olduğunu və ailə münasibətlərinin pozulduğunu bildirib:


"Şikayət etdiyimiz həkim əməliyyatın ortasında çıxıb, "Soruşmayın, şiş yerinə qida borusunu kəsdim", - dedi və bir həkim yoldaşına zəng vuraraq, "Qida borusunu kəsdim. Nə edim", - deyə soruşdu. Daha sonra əməliyyata başqa həkim girdi və bacımın mədəsini sinəsinə qaldıraraq qida borusunun yuxarısına birləşdirdi. Bundan sonra bacım həyata dönüb. Əməliyyatdan o qədər vaxt keçməsinə baxmayaraq bacım hələ də sağlamlığına qovuşa bilməyib və həyatının sonuna qədər sulu yeməklərlə qidalanmaq məcburiyyətində qalacaq".


Səs tellərinin zədələnməsi səbəbindən çətinliklə danışan Gülümser Kalabalık isə həkim barədə bunları deyib:
 
"Məni bu vəziyyətə salanlar ən ağır şəkildə cəzalandırılsınlar. Həyatım məhv oldu".


Görəsən, "Ege Hospital” dəvət etdiyi həkimləri araşdırmır, yoxsa müraciət edən xəstələrin əməliyyat masasında qalması, yaxud əməliyyatdan yarımcan çıxması ehtimalı ümumiyyətlə onları maraqlandırmır?! "Ege Hospital”ın barəsində cinayət işi açılan, xəstənin zobu yerinə qida borusunu kəsən bir həkimi Azərbaycana gətirməkdə məqsədi nədir?!

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol