• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

“Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı İstanbulda

“Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı İstanbulda
17.11.2014 16:08

İstanbulda “Bakı-2015” ilk Avropa Oyunlarının təqdimatı olacaq. Gənclər və idman naziri Azad Rəhimov təqdimat mərasimində iştirak etmək üçün Türkiyəyə səfərə yola düşüb.

ANN.Az AzərTAc-a istinadən xəbər verir ki bu  haqda məlumat Nazirliyin mətbuat xidmətindən verilib. Bildirilib ki, İstanbulun “Çırağan” sarayında keçiriləcək təqdimatda “Bakı-2015” Avropa Oyunlarına hazırlıq haqda film nümayiş olunacaq. Yarışlarda Avropanın 49 ölkəsindən 6 mindən çox idmançının 20 növ üzrə mübarizə aparacağı haqda məlumat veriləcək.Həmçinin Azərbaycanın birinci xanımı, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın sədrliyi ilə görülən işlər, yarışların keçiriləcəyi məkanlar, istifadəyə verilmiş və hazırda tikilməkdə olan idman qurğuları, 7300 nəfər üçün nəzərdə tutulmuş Olimpiya kəndinin hazırlığı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlar mərasim iştirakçılarının diqqətinə çatdırılacaq.A.Rəhimov 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarının bir il sonra Braziliyanın Rio-de-Janeyro şəhərində gerçəkləşəcək Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıdığını və idmanın bir neçə növündə lisenziya qazanma istiqamətində xüsusi rol oynadığını bildirəcək. Nazir, eyni zamanda, Bakının müxtəlif illərdə bir sıra Avropa və dünya çempionatlarına yüksək səviyyədə ev sahibliyi etməsindən, Azərbaycanın 23 illik müstəqilliyi dövründə 200-dən artıq idmançı ilə təmsil olunduğu Yay və Qış Olimpiya oyunlarında qazandığı nailiyyətlərdən danışacaq. Nazir Azərbaycan yığmasının bu günədək iştirak etdiyi olimpiadalarda 26, Avropa və dünya çempionatlarında isə 2 minə yaxın medal qazandığı haqda qonaqlara məlumat verəcək.Gənclər və idman naziri çıxışında bu ilin iyununda Bakıda bədii gimnastika üzrə Avropa çempionatının yüksək səviyyədə keçirildiyini qeyd edəcək. Eləcə də növbəti - 2016-cı ildə ölkəmizdə “Formula 1” üzrə Qran-pri və Dünya Şahmat Olimpiadasının, 2017-ci ildə isə IV İslam Həmrəyliyi Oyunlarının təşkil ediləcəyi barədə məlumatları da iştirakçıların diqqətinə çatdıracaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol