• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Polis postunda dava: saxlanılanlar var - Azərbaycanda

Polis postunda dava: saxlanılanlar var - Azərbaycanda
17.11.2014 11:21
Azərbaycanda polis postunda dava olub.APA-nın məlumatına görə, hadisə Baş Dövlət Yol Polisi İdarəsinin Zaqatala və Balakən rayonunun sərhədində yerləşən “Katex” postunda qeydə alınıb.Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis serjantı Anar Xəlilov xidmətdə olarkən Balakən rayonu istiqamətində hərəkət edən, Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Vüsal Elman oğlu Əhmədovun idarə etdiyi “VAZ-2107” markalı, 90 HO 877 dövlət nömrə nişanlı avtomobili yol hərəkəti qaydalarını pozduğu üçün saxlayıb. Buna etiraz edən sürücü ilə yol polisi əməkdaşı arasında mübahisə düşüb. Mübahisə daha sonra davaya çevrilib və V. Əhmədov A. Xəlilova xəsarət yetirib. Nəticədə polis əməkdaşı A. Xəlilov boğaz nahiyəsindən kəsilmiş xəsarətlə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən V. Əhmədovun idarə etdiyi avtomobildə olan sərnişin, 1995-ci il təvəllüdlü Oqtay Kamal oğlu Qarayevdən narkotik götürülüb və hər iki şəxs saxlanılıb.Zaqatala Rayon Polis Şöbəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, polis əməkdaşına xəsarət yetirilməsi faktı ilə bağlı Zaqatala Rayon Prokurorluğunda, sərnişindən narkotik götürülməsi faktı ilə bağlı isə Rayon Polis Şöbəsində araşdırmalar aparılır.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən il yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
Cəmiyyət 17:28
Ötən il yetkinlik yaşına çatmayan 72 nəfərin abortu qeydə alınıb
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Cəmiyyət 17:00
Bəzi talassemiya hallarında yeganə tam müalicə üsulu sümük iliyi transplantasiyasıdır
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Cəmiyyət 16:21
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Cəmiyyət 16:20
Səhiyyə Nazirliyi qeydiyyatsız botoks və dolğularla bağlı əhaliyə müraciət edib
Rezidenturaya ixtisas seçimi başlayıb
Cəmiyyət 15:14
Rezidenturaya ixtisas seçimi başlayıb
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Cəmiyyət 13:38
Prezident xüsusi icra məmurları ilə bağlı Qanun imzalayıb
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Cəmiyyət 13:18
Sabah Sumqayıtda 5 min abonentin qazı kəsiləcək
Sabah yağış yağacaq
Cəmiyyət 12:51
Sabah yağış yağacaq
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Cəmiyyət 12:36
Ağdərə və Qubadlıda baş verən yanğınlar söndürülüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol