• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

İnstitut direktorundan XƏBƏRDARLIQ

İnstitut direktorundan XƏBƏRDARLIQ
06.08.2018 18:00
"Taxıl sahələrinin biçindən sonra yandırılması yolverilməzdir. Bu addım həm ekoloji baxımdan, həm aqrotexniki qaydalar baxımından zərərlidir. Kövşənliyin yandırılması torpağın münbitliyinin azalmasına, üzvi maddələrin, mikroflorasının məhv olmasına gətirib çıxarır”.
 
Publika.az xəbər verir ki, bu sözləri Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib.
 
Onun sözlərinə görə, ölkə ərazisində, dağlıq və dağətəyi bölgələr istisna olmaqla, taxıl biçini yekunlaşmaq üzrədir. Bu gün əksər fermerlər taxıl biçinini başa vurduqdan sonra yerdə qalan samanı yandırmaqla torpağın münbitliyinin artacağını, alaqlara və zərərvericilərə qarşı mübarizənin səmərəli olacağını güman edirlər. Halbuki, kökündən yanılırlar.
 
"Əksər kənd təsərrüfatı məhsul istehsalçıları yaşadığımız XXI əsrdə belə, əlavə xərclərin və vaxt itkisinin qarşısını almaq düşüncəsi ilə köhnə üsullarla, "dədə-baba” qaydasında sahələrə od vururlar. Yanğın nəinki əkinə yararlı torpaqları, eləcə də meşə və meşə mühafizə zolaqlarını, əhalinin yaşadığı əraziləri əhatə edir. Bu isə öz növbəsində ekoloji problemlərə gətirib çıxarır.
 
Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir. Torpağın flora və faunası bitki qalıqlarını parçalayaraq torpağın münbitliyinin artmasına, qida maddələrinin mübadiləsinə səbəb olur, torpağın strukturunu yaxşılaşdırır və suyun torpaqda daha asan hərəkət etməsinə, nəmliyin toplanmasına imkan verir. Taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır. Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır”.
 
C.Təlai bildirib ki, yanğın zamanı yüksək temperatur torpağın üst qatına sistematik təsir edir, nəticədə hümus ehtiyatını, torpaq biotasını məhv edir və torpağın fiziki-kimyəvi xassələri və mexaniki strukturu dəyişir.
 
" Vahid sahədə saman 30-40 saniyədə yanır, amma bu qısa müddət belə torpağın üst qatının 360 dərəcəyə qədər yanmasına kifayət edir. Torpağın 0-5 sm qatında humus yanır, 10 santimetr qatında isə suyun buxarlanması baş verir. Samanın yandırılması zamanı humus itkisi hektara 1,3 ton təşkil edir. Bir hektar sahədə 1 ton samanın yandırılması nəticəsində 4,0-4,5 kiloqram azot, 2,0-2,5 kiloqram fosfor, 8-10 kiloqrama qədər kalium elementi itirilir ki, bu itkini kompensasiya etmək üçün torpağın hər hektarına 10-15 ton üzvi gübrə verilməsi tələb olunur. Eyni zamanda, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür.
 
Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir. Təbii torpaq biotası, bildiyimiz kimi, çox faydalılıq xüsusiyyətinə malikdirlər. Məsələn, 1 parabüzən özünün inkişaf prosesində 400-2000 mənənə fərdini məhv edir. Bitki qalıqlarının yandırılmasını dənli bitkilərin zərərvericilərinə qarşı mübarizə vasitəsi kimi baxmaq olmaz. Belə ki, dənli bitkilər əksər zərərverici növləri yanğın zamanı torpaqda gizlənməklə özlərini mühafizə etmək xüsusiyyətinə malikdirlər”.
 
İnstitut direktoru onu da vurğulayıb ki, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələriinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Araz Musayev Türkiyədə bıçaqlanıb - Video
Cəmiyyət 18:03
Araz Musayev Türkiyədə bıçaqlanıb - Video
Şəkidə 5 otaqlı ev yanıb
Cəmiyyət 16:53
Şəkidə 5 otaqlı ev yanıb
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir
Cəmiyyət 16:43
Laçında 28 May - Müstəqillik Gününə həsr olunmuş konsert keçirilir
Sumqayıtda evdə doğulan körpə ölüb
Cəmiyyət 14:56
Sumqayıtda evdə doğulan körpə ölüb
Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib
Cəmiyyət 14:37
Neftçalada ev yanıb, ölən və xəsarət alan var - Yenilənib
Lənkəranda marketdə partlayış baş verib,xəsarət alan var
Cəmiyyət 13:25
Lənkəranda marketdə partlayış baş verib,xəsarət alan var
Sabahın hava proqnozu
Cəmiyyət 12:31
Sabahın hava proqnozu
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Cəmiyyət 11:30
Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edilib - Video
Çaylarda sululuq artıb
Cəmiyyət 10:56
Çaylarda sululuq artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol