• $
  • £

"Deyirdi ki, mən yüz il yaşayacam..." - Şəhid pilotumuzun həyat yoldaşı...

13.08.2018 09:01
Bu gün aprel döyüşlərimizdə şəhid olan pilotumuz mayor Təbriz Tariyel oğlu Musazadənin doğum günüdür. 

Şəhid pilotumuzun həyat yoldaşı Pərişan Musazadə Moderator.az-a açıqlamasında şəhid həyat yoldaşı haqda öz fikirlərini bölüşüb:

"Təbrizin doğum günüylə bağlı böyük bir təəssüratları yoxdur. Çəməngözlü çox zaman işində olardı. Son il tort bişirmişdim. Gəldi nə xeyir işdir?-deyə soruşdu. Doğum günü olduğunu söylədim. Unutmuşdu. Sonra güldü. Telefonun gətirməmi istədi, çünki həmin gün dostunun da doğum günü idi. Zəng vurdu həmişəki kimi bir-birilərini təbrik etdilər. Sonra övladları ilə şamı söndürdü. Hətta Onur: "Ata, niyə tortda bir şam var? Axı sənin bir yaşın olmur”-deyə soruşdu. Təbriz də gülüb: "Qaqaş, bundan belə bir şam qoymaq lazımdır, çünki yaşım getdikcə çoxalır, şam çatmaz. Bunun yüzü var”-dedi. Deyirdi özünüzə yaxşı baxın ki, yüz il yaşayın. "Mən yüz il yaşayacam”-deyirdi. Çox təəssüf həyat… Amma həmişə tort bişirib uşaqlarla atamızın gəlməsini gözələyirdik”. 

Xatırladaq ki, Təbriz Musazadə 1981-ci il avqustun 12-də anadan olub. Azərbaycan Hərbi Hava Qüvvələrinin mayoru 2016-cı il aprel döyüşləri zamanı mayor Urfan Vəlizadə, baş-leytenant Əbu Bəkir İsmayılov ilə birgə ermənilər tərəfindən vurulan Mİ-24 helikopterinin üzvü olub. Ölümündən sonra "Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Şəhidimizin iki oğlu yadigaq qalıb. 
 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Siyasət 19:39
Azərbaycan BMT ilə birgə tədbirlər keçirəcək
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
Siyasət 23:27
Monteneqro parlamentinin sədri Azərbaycana rəsmi səfərə gəlib - FOTO
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Siyasət 19:24
İlham Əliyevin Zelenski ilə geniş tərkibdə görüşü oldu - Yenilənib
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
Siyasət 19:38
Yeni rəis bu məmurun QARDAŞIDIR - FOTO
İlham Əliyev görüşlər keçirdi - Foto
Siyasət 19:24
İlham Əliyev görüşlər keçirdi - Foto
Liderlərin görüşü başladı - Fotolar
Siyasət 22:12
Liderlərin görüşü başladı - Fotolar
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Siyasət 18:54
Vilayət Eyvazov müxalif hüquq müdafiəçiləri ilə görüşdü
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Siyasət 21:16
Orxan Məmmədov rəhbər təyin edildi (FOTO)
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Siyasət 23:48
Blinken Ceyhun Bayramovla görüşündən yazdı - Foto
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol