• $
  • £

Rusiya ABŞ-a söz verdi: Moskva bunu birinci etməyəcək

Rusiya ABŞ-a söz verdi: Moskva bunu birinci etməyəcək
28.05.2020 23:55
Moskva kosmosda silahı birinci yerləşdirmək niyyətində deyil və nəzərə alır ki, belə mövqe Vaşinqton üçün ciddi siqnal olacaq.
Anews.az Publika.az-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov "Beynəlxalq həyat” jurnalına müsahibəsində bildirib.
Diplomat əlavə edib ki, son iki onillik boyunca ABŞ-ın kosmosda üstün olmaq cəhdi görünür. Onun sözlərinə görə, ABŞ-ın cəhdləri fonunda Rusiya kəşfiyyatı, rabitəni, müşahidəni və nəzarəti təmin edən kosmik sistemlərini inkişaf etdirir.
"Kosmosda hələ ki zərbə tipli silahları yoxdur, amma danışıqlar gedir. Bu tendensiya ABŞ-ın hərbi doktrina və praktik sənədlərində müşahidə olunur. Bu istiqamətdə atılan addımlar çox narahatlıq doğurur”, – Rusiyanın xarici siyasət idarəsinin başçısının müavini qeyd edib.
Xatırladaq ki, ötən həftə ABŞ prezidenti Donald Tramp ölkənin hərbi-kosmik güclərini inkişaf etdirməyə çağırıb. Tramp rəqiblərin artıq kosmosun hərbiləşdirilməsinə başladıqlarını bildirib.
"Amerikanın hərbi üstünlüyünü saxlamaq üçün hər şeydə irəlidə olmalıyıq. Bizim rəqiblərimiz artıq kosmosun hərbiləşdirilməsinə başlayıblar. Həmin ölkələr bu istiqamətdə çox irəliləyiblər. Amma söz verirəm ki, çox tezliklə onlara çatacağıq və qabaqlayacağıq”, – Ağ Evin başçısı Nyu-York ştatında hərbi bazada çıxışında deyib.
Qeyd edək ki, iyunda ABŞ prezidenti Silahlı qüvvələrin yeni növü kimi Kosmik güclərin yaradılması barədə sərəncam verib. Kaliforniya ştatında təyyarə bazasında dəniz piyadaçıları qarşısında çıxış edən prezident vurğulayıb ki, ABŞ-ın yeni milli kosmik strategiyasıyla kosmos quru, hava və dəniz kimi hərbi hərəkətlərin zonası tanınıb.
Bu günlərdə isə ABŞ-ın vitse-prezidenti Mayk Pens Müdafiə Nazirliyində (Pentaqon) çıxışında bildirib ki, Rusiya və Çin kosmik məkanı hərbi hərəkət teatrına çevirərək burada hərbi imkanları gücləndirir. Onun sözlərinə görə, bu gün başqa ölkələr kosmosda yerləşən Amerika sistemlərini heç vaxt olmadığı qədər pozmağa və kosmosda ABŞ-ın liderliyinə son qoymağa çalışırlar. Vitse-prezident qeyd edib ki, ABŞ onlara güzəşt etməyəcək.
"Biz Trampın rəhbərliyi altında ölkəmizi müdafiə edəcəyik və həm dünya, həm də kosmosda dinc bir gələcək quracağıq. Tarix sübut edir ki, sülh güc vasitəsilə gəlir”, – o vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
Siyasət 14:56
Türkiyə İrana raketlərin hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Siyasət 13:46
İran XİN: İran Azərbaycan və Türkiyə ərazisinə zərbə endirməyib
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol