• $ 1.7
  • € 2.0166
  • ₽ 0.022092
  • ₺ 0.0389
  • £ 2.3187

“Bakı-2015” forumu keçirilib

“Bakı-2015” forumu keçirilib
08.11.2014 00:09
“Bakı-2015” Avropa Oyunları gələn ilin yayında keçiriləcək tarixi yarışlarda təmsil olunacaq Azərbaycan idman federasiyalarının nümayəndələri ilə görüşüb.

İdmanın birinci Avropa Oyunlarının proqramına daxil edilmiş 20 növündən 19-u üzrə milli federasiyaların 50-dən çox üzvü “Bakı-2015”in baş ofisində keçirilmiş forumda iştirak edib. Federasiya üzvlərinə “Bakı-2015”in bir sıra şöbələri, o cümlədən akkreditasiya, mətbuat əməliyyatları, nəqliyyat və işçi qüvvəsi şöbələrinin Oyunlarla bağlı görülən hazırlıq işləri və yerinə yetirilməsi gözlənilən vəzifə və əməliyyatlar barədə ən son məlumatlar verilib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib: “Belə tədbirlər Avropa Oyunları ilə əlaqədar milli federasiyaların gördüyü hazırlıq işlərinə yardım etmək üçün məlumat mübadiləsi baxımından çox əhəmiyyətlidir. “Bakı-2015” azərbaycanlı idmançılara tarixə yazılmaq və öz Vətənlərində birinci Avropa Oyunlarının çempionu olmaq imkanı verir. Əminəm ki, öz Vətənində doğma azarkeşlər qarşısında Oyunlarda yarışmaq bütün azərbaycanlı idmançılar üçün xüsusi an olacaq. Oyunlarla əlaqədar geri sayıma davam edirik.Federasiyalara və idmançılara Oyunlara hazırlıqlarında uğurlar arzulayıram”. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin idman şöbəsinin direktoru Pirs O`Kallahan deyib: “Tədbirdə milli idman federasiyalarından bu qədər çox nümayəndənin iştirak etməsindən və onların gələn il keçiriləcək tarixi yarışlarla əlaqədar gördüyümüz hazırlıq işləri ilə bağlı əldə olunmuş irəliləyişlərə dair son məlumatları almalarından çox məmnunam. Avropanın ən yaxşı idmançılarını iştirak üçün cəlb edəcək Oyunlar Bakıda keçiriləcək möhtəşəm idman bayramı olacaq. Biz Azərbaycanın və bütün Avropanın qürur duyacağı yarışları keçirmək üçün çalışırıq”.ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Baku 2015 20:10
On min manatlıq cehizlik əşyalar oğurlayan şəxs saxlanılıb
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Baku 2015 18:06
Bakının bir sıra yollarında tıxac var - SİYAHI
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Baku 2015 12:46
Ürəyi dayanan pasiyent 45 dəqiqə sonra həyata qaytarılıb
Bu ərazilərdə qaz olmayacaq
Baku 2015 20:03
Bu ərazilərdə qaz olmayacaq
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol