Paşinyandan Moskvanı qəzəbləndirən addım
Antirusiya mövqeli məmurlara vəzifə verilməsi Rusiyaya xoş gəlmir
Paşinyanın antirusiya mövqeli təyinatları Moskvanı narahat edir. Bu barədə "Joxovurd” qəzeti yazır. Söhbət uzun illər ərzində Rusiyaya düşmənçilik münasibəti bəsləyən, bu ölkənin rəhbərliyinin ünvanına təhqiredici bəyanatlarla çıxış edən şəxslərdən gedir. Bu gün bu adamlar Paşinyan hökumətində yüksək postlar tuturlar. Açar fiqurlar arasında – Təhlükəsizlik Şurasının katibi, dövlət xidmətinin rəisi və başqaları var.
Qəzet öz mənbələrinə istinadla yazır ki, Moskva açıq şəkildə müntəzəm olaraq bu şəxslərin Ermənistanın hakim elitasında təmsil edilməsinin arzuolunmaz olduğunu nümayiş etdirir. Çünki Rusiya onlara sadəcə etibar etmir.
"Joxovurd” iddia edir ki, Rusiya tərəfi Paşinyanın bir sıra yüksək rütbəli məmurunun hərbi siyasi xarakter daşıyan sənədlərlə tanış olmasına imkan vermir. Düşünürlər ki, bu sənədlər Amerikanın əlinə keçə bilər.
www.anews.az