• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Yəmən üzrə Cenevrə danışıqları pozuldu

Yəmən üzrə Cenevrə danışıqları pozuldu
08.09.2018 16:40
Cenevrədə Yəməndəki münaqişənin nizamlanmasına dair keçirilməsi nəzərdə tutulan görüş baş tutmayıb. Səbəb isə husilərin danışıqlarda iştirakdan imtina etməsidir.
 
AzVision.az bildirir ki, bu barədə BMT-nin Yəmən üzrə xüsusi elçisi Martin Qriffits keçirdiyi mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Yəməndəki vəziyyətlə bağlı məsləhətləşmələr aparmaq üçün ölkənin leqitim hökuməti və "Ənsər Allah” (husilər) hərəkatının nümayəndələri birlikdə Cenevrədə danışıqlar aparılmalı idi. Lakin husilər görüşün keçiriləcəyi məkana gəlmədiyindən, danışıqlar baş tutmayıb. 

"Görüşün təşkilatçıları "Ənsər Allah” hərəkatı nümayəndələrinin iştirakını təmin edə bilmədilər. Bununla belə, biz Yəmən hökumətinin nümayəndə heyətilə olduqca məhsuldar məsləhətləşmələr apardıq. Danışıqlar müsbət atmosferdə keçdi və müəyyən irəliləyişə nail olundu.” – deyə, BMT rəsmisi vurğulayıb. 

Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ildə başlayıb. Münaqişənin tərəfləri ölkənin sabiq prezidenti Əli Abdullah Salehə sadiq ordu hissələri və şiə husi üsyançılar ilə, hazırkı prezident Mənsur Hadi hökuməti və ona sadiq ordu birləşmələridir. 2015-ci ildən Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb ölkələri hərbi koalisiyası legitim hökumətə dəstək üçün Yəməndə husilərə qarşı əməliyyata başlayıb. ABŞ isə bu koalisiyaya kəşfiyyat və loqistika köməyi edir. Hazırda Yəmənin paytaxtı Səna şəhəri husilərin nəzarətindədir. 

14 iyundan başlayaraq, koalisiya qüvvələri Yəmənin Hudeyda liman şəhərindən husiləri çıxarmaq üçün "Qızıl qələbə” adlı hərbi əməliyyatlara başlayıb. Hudeyda Yəmənin şimalına humanitar yardımın çatdırılması üçün yeganə məntəqədir. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol