• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Paşinyandan şok etiraf: Bakıya elə bir şans verdi ki!

Paşinyandan şok etiraf: Bakıya elə bir şans verdi ki!
11.09.2018 12:43
Paşinyanın Dağlıq Qarabağla bağlı fikirləri heç bəyanat səviyyəsində belə deyil, sadəcə, xəstə adamın sayıqlamlarını xatırladır.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bildirib ki, əslində Paşinyanın Dağlıq Qarabağ məsələsinə reallıqdan uzaq yanaşma tərzi Minsk Qrupunu, xüsusilə də Rusiyanı pis vəziyyətdə qoydu:

"Paşinyanın Rusiyada Dağlıq Qarabağın və ətraf rayonların Ermənistana birləşdirilməsini istisna etməməsi açıq-aşkar Azərbaycan torpaqlarını mənimsəmək niyyətidir. Belə bir niyyət ancaq işğalçı dövlətin rəhbəri tərəfindən dilə gətirilə bilərdi. Paşinyan son hərəkəti ilə bütün sələflərinin və özünün işğalçılıq siyasətini ifşa etdi. Bu, Azərbaycana münaqişənin tənzimlənməsi istiqamətində geniş imkanlar açır. Beynəlxalq ictimaiyyət zaman-zaman Azərbaycanın külli miqdarda silahlar alması və bununla da müharibəyə hazırlaşmasına dair narahatlıq ifadə edirdi. Hesab edirəm ki, Azərbaycan Ermənistanın Azərbaycan torpaqlarına göz dikməsi faktı ilə bu narahatlıqlara son qoya bilər. Danışıqlar prosesi isə onsuz da nəticə vermir. Prosesi dalandan çıxarmaq üçün hər cür imkandan, o cümlədən hərbi yoldan istifadə edə bilərik”.

Politoloqun sözlərinə görə, Bakı İrəvanın Qarabağla bağlı mövqeyini mütləq beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq:

"Bu yaxınlarda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri gözlənilir. Eyni zamanda, Fransa prezidentinin də ilin sonuna qədər Azərbaycana səfəri istisna edilmir. Hər iki dövlət Minsk Qrupunun həmsədridir. Əminəm ki, Paşinyanın Bakıya başqa yol qoymadığı və torpaqlarımızı hərbi yolla qaytarmağa hazır olduğumuz Moskva və Parisə bildiriləcək. O da bəllidir ki, belə bir vəziyyətdə tərəflərin hansısa arqumentləri olmayacaq. Çünki Ermənistanın açıq faşist və işğalçı siyasətinə qarşı mübarizənin başqa metodu yoxdur”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol