• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Kamran Əliyev vitse-prezident seçildi

Kamran Əliyev vitse-prezident seçildi
18.09.2018 10:09
Sentyabrın 9-dan 13-dək Cənubi Afrika Respublikasının Yohannesburq şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 46-cı iclası, 23-cü illik konfransı və ümumi yığıncağı keçirilib.

Anews.az-ın trend-ə istinadən məlumtına görə, konfransda 90 ölkədən 450-dən artıq şəxs, prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, nüfuzlu beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edib.

Konsfrans zamanı həmin qurumun ali orqanı olan İcraiyyə Komitəsinə keçirilmiş seçkilər zamanı ölkəmizin ədliyyə və prokurorluq orqanlarının Assosiasiyanın fəaliyyətinə vermiş olduğu töfhələr və yüksək səviyyəli işgüzar əlaqələr nəzərə alınmaqla Azərbaycan Baş prokurorunun müavini – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Assosiasiyanın İcraiyyə Komitəsinin vitse-prezidenti vəzifəsinə seçilib.

BPA - bütün dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə beynəlxalq təşkilat olmaqla 1995-ci ildə BMT-nin Vyana ofisində yaradılıb. BPA-nın formalaşmasına əsaslı təkan verən amillər sırasında transmilli cinayətkarlığın ciddi şəkildə güclənməsi, xüsusən də narkotiklərin qanunsuz dövriyyəsinin intensivləşməsi, korrupsiya və çirkli pulların yuyulması kimi cinayət növlərinin ildən ilə artması olub.

Xatırladaq ki, K.Əliyev eyni zamanda Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupunda (GRECO) Azərbaycan nümayəndə heyətinin üzvüdür, habelə ölkəmizin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı üzrə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (OECD) Milli Koordinatorudur.

K.Əliyev Prezidentin 05.08.2014-cü il tarixli Sərəncamı ilə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi təyin edilərək, ona II dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib. Hüquq elmləri üzrə fəlsəfə doktorudur. Prezidentin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə "Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Siyasət 14:12
Milli Məclisin növbəti iclası dekabrın 23-də olacaq
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 13:05
Lukaşenko İlham Əliyevi doğum günü münasibətilə təbrik edib
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Siyasət 12:32
Parlamentdə amnistiya layihəsi qəbul olunub/Yenilənib
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Siyasət 12:23
Deputta onların da amnisitiya aktına düşməsini xahiş edir
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Siyasət 12:03
Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnaməsini pisləyən bəyanat qəbul edib
Milli Məclisin növbəti iclası başlayıb
Siyasət 11:03
Milli Məclisin növbəti iclası başlayıb
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol