• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Milyarder oğlunun avtomobili "Rent A Car" maşını çıxdı

Milyarder oğlunun avtomobili
18.09.2018 16:12
Ən varlı azərbaycanlı milyarderlərdən biri hesab olunan Vaqif Məmişov oğluna 2 milyon manata yaxın qiyməti olan avtomobil hədiyyə etməsi ilə bağlı xəbərlər mətbuatda yer alıb.

Yazılanlara görə, 19 yaşlı Rasim Məmişov 3 ildir arzusunda olduğu 900 min avro (1 778 580 manat) qiyməti olan "Lamborghini Aventador” avtomobilinə qovuşub. Bu xəbərlərin yayılmasına səbəb oliqarx oğlunun sosial şəbəkədəki paylaşımı olub. O, "3 il öncə "bu maşından istəyirəm”, yazmışdım və sonda ona qovuşdum” şərhi ilə avtomobilin görüntülərini sosial şəbəkədə paylaşıb. 

BAKU.WS xəbər verir ki, sözügedən avtomobil əslində "Rent A Car"dan icarəyə götürülüb. Tez-tez Dubaya səfər edən Rasim "Lamborghini Aventador”i orada kirayələyib.

Avtomobilin icarəsi üçün 10 000 dirhəm (təxminən 5 000 AZN) depozit ödənilməlidir. Bir günlük icarə haqqı isə 5500 dirhəmdir (təxminən 2500 AZN).

Qeyd edək ki, 19 yaşlı Rasim digər oliqarx həmyaşıdları kimi lüks həyat tərzi ilə tez-tez gündəmə gəlir. Onu da bahalı əyləncələr, avtomobillər, gözəl qızlar özünə cəlb edir. 

Azərbaycanlı milyarder oğlunun avtomobili "Rent A Car" maşını çıxdı - FOTO

Rusiyanın "Konrad" Şirkətlər Qrupunun prezidenti, Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyətinin sədri Vaqif Məmişov Masallı rayonunda anadan olub. Sərvəti milyardı ötən 58 yaşlı iş adamı öz adını "Forbes”in milyarderlər siyahısına yazdırıb. Eyni zamanda Rusiya Prezidentinin səlahiyyətli numayəndəsi yanında İqtisadi Ekspert Şurasının üzvüdür. Yəni Rusiyanın iqtisadi baxımdan idarə olunması prosesində də yaxından iştirak edir.

Vaqif Məmişovun iki qızı və bir oğlu var. Hər üçü Rusiyada yaşayır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
Dünya 10:05
ABŞ “Green Card” lotereyasını müvəqqəti dayandırır
İran "gözəgörünməz" dronunu təqdim edib
Dünya 23:13
İran "gözəgörünməz" dronunu təqdim edib
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Dünya 23:00
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinin iki hakiminə sanksiya tətbiq edib
Zelenski Polşaya səfər edib
Dünya 22:53
Zelenski Polşaya səfər edib
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Dünya 22:40
“Telegram” Rusiyada növbəti dəfə cərimələnib
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
Dünya 22:30
Brüsseldə fermerlər Aİ-MERCOSUR sazişinə qarşı etiraz aksiyası keçiriblər
ABŞ-də təyyarə qəzaya uğrayıb
Dünya 21:56
ABŞ-də təyyarə qəzaya uğrayıb
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Dünya 20:10
Uitkoff Qətər, Misir və Türkiyə nümayəndələri ilə Qəzza üzrə razılaşmaları müzakirə edəcək
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Dünya 18:45
Ukrayna nümayəndə heyəti sabah Floridaya gedəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol