• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

​SOCAR "Total" şirkəti ilə danışıqlar aparır

​SOCAR "Total" şirkəti ilə danışıqlar aparır
05.11.2014 20:03
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) yeni Neft-qaz emalı və Neft-kimya Kompleksində (OGPC) "Abşeron" dəniz yatağından gələcəkdə hasil olunacaq təbii qazın emal imkanlarına dair Fransanın "Total" şirkəti ilə danışıqlar aparır.

ANN.Az "Report"a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib. Onun sözlərinə görə, tərəflər bu qazın yeni zavoda cəlb olunması ilə bağlı bir neçə əməkdaşlıq variantını müzakirə edir. Onların arasında hasil olunan qazın alınması və onun Neft-kimya Kompleksində istifadə olunması, eləcə də gələcəkdə ixrac etmək üçün həmin qazın zavodda təmizlənməsi ideyaları yer alır.

Xatırladaq ki, OGPC layihəsinin həyata keçirilməsi çərçivəsində ilk mərhələdə, 2020-ci ildə qaz emalı zavodunun istismara verilməsi planlaşdırılır. İlkin proqnozlara əsasən, "Abşeron" yatağında qaz hasilatına 2020-ci ildə başlanılacaq. Qeyd edək ki, 2009-cu il fevralın 27-də SOCAR və "Total" Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda "Abşeron" dəniz bloku üzrə PSA tipli müqavilə imzalayıb. Layihədə "Total" şirkətinin payı 40%, SOCAR-ın pyı 40%, "Gaz de France SUEZ"in (GDF/SUEZ) payı isə 20% təşkil edir. "Gaz de France" şirkəti 2011-ci ilin iyun ayında "Total"in layihədəki 60%-lik payın 20%-ni alıb. Yatağın kəşfiyyat və işlənmə layihəsinin operatoru "Total" şirkətidir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol