• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Rövnəq Abdullayev ucuz yanacaqdan danışdı

Rövnəq Abdullayev ucuz yanacaqdan danışdı
19.09.2018 17:31
Gələcək illərdə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) əməliyyat portfeli çərçivəsində perspektivli bir sahə kimi Sıxılmış Təbii Qaz (STQ, beynəlxalq miqyasda CNG, yəni "Compressed Natural Gas”) satışını genişləndirmək niyyətindədir.

Anews.az "Report"a istinadla xəbər verir ki, bunu "Neftçilər Günü"nə həsr olunmuş mərasimdə SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib.

O xatırladıb ki, cari ildə SOCAR ilk dəfə olaraq STQ bazarının formalaşdırılması istiqamətində addımlar atıb: "STQ hazırda bizdə nisbətən az istifadə olunan yanacaq növü olsa da, dünya üzrə tələbatı sürətlə artmaqdadır. Proqnozlar 2025-ci ilə qədər bu tələbatın 4 dəfəyə yaxın artacağını göstərir”,-R. Abdullayev əlavə edib.

Qeyd edək ki, dünyada STQ ilə işləyən nəqliyyat vasitələrinin sayı 26 mln.dan, müvafiq yanacaqdoldurma stansiyalarının sayı isə 31 mindən çoxdur. Beynəlxalq Təbii Qazla İşləyən Nəqliyyat Vasitələri Assosiasiyasının statistikasına əsasən, son illərdə təbii qaz istifadə edən nəqliyyat vasitələri bazarının həcmi ikirəqəmli əmsal üzrə artıb. Bu yanacaq növünün ən çox istifadə edildiyi ölkələrin sırasında Çin, İran, Hindistan, Pakistan, Argentina, Braziliya, İtaliya və digər Avropa ölkələrini görmək olar.

STQ benzin və dizellə müqayisədə xeyli ucuzdur. Hesablamalara görə, STQ avtomobillərin yanacaq sərfiyyatını hər 10 min kilometr məsafə üçün 600 manat aşağı salmağa imkan verir.

Azərbaycanda "SOCAR Petroleum” QSC tərəfindən bu layihənin sürətlə davam etdirilməsi nəzərdə tutulur. Avqust-oktyabr aylarında Bakı şəhərində 5 ədəd STQ məntəqəsi istehlakçılara təhvil verilməsi planlaşdırılır. Cari ilin sonunadək Bakı və Bakı ətrafı bölgələrdə daha 5 məntəqənin istifadəyə verilməsi nəzərdə tutulur. 2019-cu il ərzində isə STQ məntəqələrin sayının ümumilikdə 20-ə çatdırılması planlaşdırılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol