• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir

SOCAR prezidenti: “STAR” zavodunun inşası yekunlaşmaq üzrədir
20.09.2018 11:29
2012-ci ildən İzmirin Əliağa bölgəsində tikintisinə başlanılan illik emal gücü 10 milyon ton xam neft olan "STAR” Neft Emalı Zavodunun inşası yekunlaşmaq üzrədir. 

Oxu.Az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev Neftçilər günü ilə bağlı "Xalq qəzeti”nə verdiyi müsahibəsində deyib.

R.Abdullayev bildirib ki, bu zavodun tikilib istifadəyə verilməsi ilə Aralıq dənizi bazarında SOCAR-ın mövqeləri xeyli möhkəmlənəcək.

"Zavodun müxtəlif markalı neftlər, əsasən "Ural”, "Azeri Light” və "Kərkük” neft növlərini emal edə bilməsi qarşıya qoyduğumuz hədəflərdəndir. 76 çəni (rezervuarı) olan "STAR” zavodunun ümumi anbar həcmi 1.640.000 kubmetr təşkil edəcək. Yaxın müddətdə fəaliyyətə başlaması planlaşdırılan zavodda sınaq-sazlama işlərinin həyata keçirilməsi üçün avqust ayının əvvəllərindən emal üçün 80 min ton "Azeri Light” markalı Azərbaycan nefti ayrılıb”. 
 
Rövnəq Abdullayev qeyd edib ki, SOCAR-la "Rosneft” arasında bu yaxınlarda imzalanmış müqaviləyə əsasən, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində "STAR” zavodunun bir milyon ton Rusiya nefti ilə təchiz olunması gözlənilir: 

"Kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün əlavə təminat yaradacaq. "STAR” ilk növbədə "Petkim”i xammalla (yüngül və ağır nafta) təmin etmək məqsədi daşıyır. 

Zavod istismara veriləndən sonra bir çox məhsulların istehsalı üçün əhəmiyyətli xammal əldə olunacaq ki, bu da "Petkim”in iqtisadi səmərəliliyini daha da artıracaq. 

Qeyd etmək lazımdır ki, SOCAR-ın idarəçiliyində olduğu son 10 ildə bu neft-kimya kompleksinə 800 milyon ABŞ dolları civarında, "STAR” Neft Emalı Zavoduna 5,1 milyard ABŞ dolları investisiya yatırılıb və yüksək əmək məhsuldarlığına nail olunub”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:50
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:14
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol