• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

Ukraynadakı azərbaycanlı “bomj” Göyçaya qaytarılır

Ukraynadakı azərbaycanlı “bomj” Göyçaya qaytarılır
24.09.2018 17:55
Ötən əsrin 90-cı illərinin əvvəllərində qazanc dalınca Ukraynaya gedən və hazırda Mariupol şəhərinin parklarından birində "bomj” həyatı yaşayan Azərbaycan vətəndaşı, özünün dediyi kimi sovet dövründə sovxoz direktoru işləmiş Yusif Nağıyev doğulduğu Göyçay rayonuna qaytarılır. 

Anews.az virtualaz.org-a istinadən xəbər verir ki, onun barəsində Ukrayna mətbuatında xəbərin dərc olunmasından sonra Azərbaycan səfirliyi və azərbaycan diasporunun nümayəndələri onunla maraqlanıblar. Bu haqda könüllü və fəal İnna Komissarova deyib.

Xatırladaq ki, Yusif Nağıyev "bomja” çevrildikdən sonra təsadüfi işlərdə işləməklə başını dolandırmağa çalışıb, küçələrdə gecələyib. Ötən ilin dekabrında ona Yeni il yolkasına qarovulçuluq etməyi tapşırıblar. Amma Nağıyevin ayaqlarını don vurub və həkimlər onun ayaqlarını amputasiya ediblər.

Y.Nağıyev barədə xəbərin yayılmasından sonra ictimai təşkilatlar da bu evsiz-eşiksiz insana kömək etmək istəklərini bildiriblər. İnna Komissarova isə azərbaycan diasporu icması ilə əlaqə yaradıb, icmanın nümayəndəsi "bomja” baş çəkib. Onun Bakıya videozəngini təşkil ediblər və Yusif Nağıyev nazirliyin nümayəndəsi (hansı nazirlikdən söhbət getdiyi göstərilmir) ilə danışa bilib. Məlum olub ki, ona Azərbaycanda qohumları var və hazırda Nağıyevə Mariupoldakı diaspor nümayəndələri kömək edəcəklərini bildiriblər.

Amma Yusif Nağıyevi doğma Göyçay rayonuna qaytarmazdan əvvəl könüllülər onu Mariupol xəstəxanalarından birində müalicə etmək və yaxşıca yuyub-təmizləmək barədə razılaşıblar.

Beynəlxalq Qırmızı Xaçın nümayəndələri də bu problemlə maraqlanıblar. Bu gün təşkilatın nümayəndələri azərbaycan diasporunun nümayəndələri ilə görüşəcək və əlilə kompleks kömək məsələsi müzakirə olunacaq. Habelə ona sənədlər hazırlamaq məsələsi həll olunur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Dünya 15:03
The Guardian: ABŞ-ın hazırlıqsızlığı İran nüvə danışıqlarını iflasa uğradıb
Gürcüstan Patriarxı II İlya vəfat edib
Dünya 23:25
Gürcüstan Patriarxı II İlya vəfat edib
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Dünya 23:01
SEPAH “Bəsic” qüvvələrinin rəhbərinin öldürüldüyünü təsdiqləyib
Tramp Çinə səfərini təxirə salıb
Dünya 21:31
Tramp Çinə səfərini təxirə salıb
Zelenski Londona səfər edib
Dünya 19:47
Zelenski Londona səfər edib
Cozef Kent istefa verib
Dünya 18:47
Cozef Kent istefa verib
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib
Dünya 17:44
Zelenski “Drujba” neft kəmərini ay yarıma təmir etməyə söz verib


Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb
Dünya 15:59
Albaniya parlamenti İranı terroru dəstəkləyən ölkə kimi rəsmən tanıyıb

Rusiya ordusu Ukraynada irəliləyir
Dünya 15:09
Rusiya ordusu Ukraynada irəliləyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol