• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

ASAN Xidmətə 19,8 milyon manat ayrıldı

ASAN Xidmətə 19,8 milyon manat ayrıldı
10.10.2018 18:58


Prezident İlham Əliyev Şəki "ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında sərəncam imzalayıb.


Sərəncamda bildirilir ki, ölkədə vahid standartlar çərçivəsində idarə olunan və vətəndaşlara keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyalar tətbiq edilməklə dövlət xidmətləri göstərilməsini təmin edən 17 mərkəz – "ASAN xidmət”, "ASAN Kommunal” və "ABAD” mərkəzləri fəaliyyət göstərir. Mərkəzlərin fəaliyyətinə dövlət qurumu və digər təşkilatların üç minədək əməkdaşı, habelə 13 mindən çox könüllü gənc cəlb edilib.


"ASAN Həyat” kompleksləri və "ABAD” mərkəzləri vasitəsilə, həmçinin məşğulluğun inkişafı istiqamətində tədbirlər həyata keçirilib, 19 milyondan çox vətəndaş müraciəti üzrə əldə edilən məmnunluq əmsalı daima yüksək səviyyədə olub.


Şəki "ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.52.1-ci yarımbəndində göstərilmiş məbləğin 19,8 milyon manatı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə ayrılıb.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol