• $
  • £

Hitlerin edam qərargahı – Fotolar

Hitlerin edam qərargahı – Fotolar
14.10.2018 18:51
Polşanın şimal-şərqində yerləşən və İkinci Dünya Müharibəsi illərində gizli bir hərbi qərargah olaraq, istifadə edilən bir obyekt indi turistlər üçün maraqlı bir gəzinti yeri olub.
Bu qərargahı İkinci Dünya Müharibəsi zamanı Adolf Hitler tikdirib. Həmçinin bu qərargah onun gizli məkanlarından biri olub. Bu qərargaha "Qurd yuvası”da deyirlər.

Bu qərargah 1941-1944-cü illərdə birbaşa Hitler tərəfindən idarə edilirdi. 1940-cı ilin yaz aylarında bu qərargahın inşaası başlamışdı. Hitlerin planı bir neçə ay içərisində Rusiyanı məğlub etmək idi.
Ona görə də ”Qurd Yuvası” adını verdiyi bu qərargahın tikilib başa atması ilə bağlı göstəriş vermişdi. Ayrıca olaraq bu qərargahın tarixdə önəmli yerlərindən biri də Hitlerin burada öldürülməsinə cəhd edilməsidir. Alman zabiti Klaus von Ştauffenberq bu qərargahda Hitleri öldürməyə cəhd etmişdi.

Alman zabiti Hitlerin də qatıldığı toplantılardan birinə qatılmış, lakin hazırladığı bomba planladığı kimi partlamamışdı. Daha bir cəhdində isə alman zabiti yenə də istəyinə nail olmasa da, Hitleri yaralamağı bacarmışdı.
O, Hitlerin yanına qoyduğu bomba yüklü çantanın yerinin dəyişdiriləcəyini hesab etməmişdi. Bu sayədə Hitler yüngül xəsarət alaraq yaralanmışdı.

Hitler həmin alman zabitini və onunla birlikdə işləyən casusları taparaq edam etdirmişdi. 20 iyul sui-qəsdi olaraq tarixə keçən bu hadisə ilə bağlı 200 nəfər edam edilmişdi.
Almanların savaşda üstünlüyü itirməsinin ardından 1944-cü ildə Hitler bu qərargahı tərk etmişdi. Qərargah "Qızıl ordu” tərəfindən ələ keçirilmişdi. Ələ keçirildikdən sonra bu qərargahın ətrafındakı 54 min minanın təmizlənməsi tam 10 il zaman almışdı.
Hazırda bu qərargahı hər il çoxlu sayıda turist ziyarət edir. Qərargah İkinci Dünya müharibəsinin bitməsindən və minaların təmizlənməsindən sonra insanların ziyarəti üçün açıq elan edilib. (Musavat.com)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Dünya 11:55
Kiyev bu gün atəşə tutulub - FOTOLAR
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Dünya 09:45
Putinin qızının keçmiş ərinin villası əlindən alındı - FOTO
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Dünya 13:04
Rusiyaya qarşı döyüşən cütlük cəbhədə evlənib
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Dünya 12:50
Rusiyanın Ukraynaya hücumuna rəqs nümayişi ilə etiraz edilib - FOTO/VİDEO
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Dünya 20:06
Bu əsər 7 dəqiqəyə 45,4 milyon dollara satıldı - Fotolar
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
Dünya 17:30
Yaxın beş ildə parol tarixə qovuşacaq: Onu “çip”lər əvəz edəcək - FOTO
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Dünya 14:30
“Omikron”a yoluxma halında lazım olan dərmanlar - FOTO
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Dünya 14:00
Məşhur aktrisa 13 il sonra görüntüləndi: Dəyişiklik hər kəsi şoka saldı - FOTO
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Dünya 13:30
Avropada yol polisindən unikal addım: Avtobusla “sürücü ovu” - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol