• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

İlham Əliyevdən sərt bəyanat

İlham Əliyevdən sərt  bəyanat
16.10.2018 00:57


Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir.

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Lerikdə ictimaiyyət nümayəndələri ilə görüşdə çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır.

"Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır.

Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq.

Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq”.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol