• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

Bu ölkə dollar satışına qadağa qoydu

Bu ölkə dollar satışına qadağa qoydu
17.10.2018 14:51
Venesuela valyuta bazarında dollar satmaqdan imtina edib.

Bu barədə ölkənin vitse-prezidenti Tarek Əl-Aysami bildirib.

Onun sözlərinə görə, bu, ABŞ-ın ölkəsinə qarşı tətbiq etdiyi sanksiyalara cavab tədbiridir.  
Məhdudlaşdırıcı tədbirlər Venesuelanın valyuta bazarında ABŞ dolları ilə ticarətin davam etdirilməsinin qarşısını alır. Bundan sonra valyuta ticarətində dolları avro əvəzləyəcək. 

Vitse-prizedent ABŞ-ın sanksiyalarının beynəlxalq hüquq normalarına zidd olduğunu bəyan edib. Onun sözlərinə görə, Venesuelanın maliyyə blokadasına alınması ölkənin həm hökumət strukturlarına, həm də özəl sektora təsir göstərir.

Tarek Əl-Aysami özəl sektor sahələri arasında kənd təsərrüfatı və əczaçılığın vəziyyətini xüsusi vurğulayıb:

"Məhdudlaşdırmalar göstərir ki, imperializm öz dəliliyi ilə nə qədər uzağa gedə bilər”. 

Qeyd edək ki, son illər Venesuela kəskin sosial-iqtisadi böhran yaşayır. BTM-nin rəsmi məlumatına görə, nəticədə 2,3 milyon vətəndaş ölkəni tərk edib. 

Xatırladaq ki, rəsmi Vaşinqtonun Venesuelaya qarşı sanksiyalar tətbiq etmək qərarı Nikolas Maduronun qalib gəldiyi prezident seçkilərindən sonra verilib. Ağ Ev bu seçkilərin nəticələrini tanımaqdan imtina edib./oxu.az

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB-də nağd kreditə 6%-dək endirim!
İqtisadiyyat 16:34
ABB-də nağd kreditə 6%-dək endirim!
Qızıl bahalaşıb
İqtisadiyyat 16:17
Qızıl bahalaşıb
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
İqtisadiyyat 15:48
Azərbaycanın qeyri-neft sektoruna özəl investisiyalar 11 ayda 17% artıb
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
İqtisadiyyat 15:39
Yelo Bank-ın dəstəyi ilə Yeni Nəsil Maliyyə Forumu keçirildi
На мировых рынках выросли цены на нефть
İqtisadiyyat 12:40
На мировых рынках выросли цены на нефть
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
İqtisadiyyat 11:52
ABİF 2025-ci ildə sahibkarlara 340 milyon manatdan çox güzəştli kredit verib
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
İqtisadiyyat 11:12
Bir ekosistemindən yeni ödəniş həlli: m10 rəqəmsal kartı ilə sərhədsiz ödəniş dövrü başlayır
bp-nin yeni CEO-su Meg O’Neill təyin olunub
İqtisadiyyat 10:52
bp-nin yeni CEO-su Meg O’Neill təyin olunub
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:36
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol