• $
  • £

Bakının mərkəzində yol çökdü +- FOTOLAR

Bakının mərkəzində yol çökdü +- FOTOLAR
17.10.2018 19:24
Bakının Səməd Vurğun küçəsində baş verən sürüşmənin ilkin səbəbləri açıqlanıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli hadisənin tikinti aparan şirkətin təhlükəsizlik tədbirlərini düzgün həyata keçirməməsi nəticəsində yaşandığını bildirib.

"Müəyyən olunub ki, həmin ərazidə pilot layihə əsasında yeni bina inşa edilir. Qazıntı işləri aparılarkən yolun dayanıqlılığı yoxlanılmadan və geoloji işlər aparılmadan tikinti işləri həyata keçirilib. Yolun sürüşməməsi üçün divar qurulmalıydı, amma qurulmayıb. Nəticədə yağış yağarkən sürüşmə qeydə alınıb” – deyə Anar Nəcəfli bildirib.
Qeyd edək ki, hündürlüyü 60.80-61.40 metr olmaqla 13-15 mərtəbə nəzərdə tutulan binanın tikinti işlərinə 05.04.2017-ci il tarixində başlanıb və binanın tikintisinin 05.04.2019-cu il tarixinə başa çatdırılması nəzərdə tutulub. Sifarişçi şirkət "PİLOT İNŞAAT-A” MMC-dir.

Xatırladaq ki, 2017-ci ildə də eyni şirkətin Səməd Vurğun küçəsində yaşayan sakinlərlə münaqişəsi yaşanıb. Şirkət qanuni yollarla evləri müsadirə etdiyini iddia edərkən, sakinlər onların məcburi surətdə evlərindən çıxarıldığını iddia edib.

Sakinlər öz növbəsində MTK-nın bildirişi əsasında Nazirlər Kabinetinə müraciət edib. Qurumdan isə onlara "müvafiq qərar sizin binaya aid deyil, mənzillərinizdən çıxmayın, sizi aldadırlar, sonradan ortada mənzilsiz qala bilərsiniz” deyə məlumat verilib.
Üstəlik sakinlərə verilən məlumatda "sözügedən tikinti şirkəti haqqında Nazirlər Kabinetinin məlumatı yoxdur” deyə qeyd olunub.










www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Cəmiyyət 12:17
Bakıya ilk qar yağıb - FOTOREPORTAJ
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Cəmiyyət 11:55
Məktəblərdə ilk dərs günü - FOTOLAR
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Cəmiyyət 12:08
Bu gün Azərbaycanda Aşura günüdür - FOTO/VİDEO
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Cəmiyyət 11:50
Polisdə vəzifə tutan məmur qohumları hamısı yaxşı oğlanlardır - MÜSAHİBƏ- VİDEO
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Cəmiyyət 15:25
Əhməd Ağaoğlunun Şuşada ev muzeyi açılmalıdır - Kərim Kərimli ilə müsahibə- BİZİM QONAQ
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Cəmiyyət 18:41
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO
Mübariz Mənsimovun
Cəmiyyət 14:40
Mübariz Mənsimovun "General Polad Həşimov” gəmisi dənizdə - VİDEO
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Cəmiyyət 22:06
Arzuları nakam, yaddaşlarda isə əbədi qalan şəhid futbolçu - VİDEO
Partiya sədri:
Cəmiyyət 09:51
Partiya sədri: "Prezidentlə görüşsəm deyərəm ki..." - MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol