• $ 1.7
  • € 1.994
  • ₽ 0.021421
  • ₺ 0.0398
  • £ 2.2771

İlham Əliyev fərman verdi

İlham Əliyev fərman verdi
18.10.2018 19:12
Prezident İlham Əliyev "Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi və "Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli 504 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Anews.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Fərmanda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli 739-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 fevral tarixli 111 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 2, maddə 118; 2016, № 5, maddə 862, № 8, maddələr 1373, 1384; 2017, № 1, maddə 46, № 7, maddə 1345, № 12 (I kitab), maddə 2340) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.0.63-1-ci yarımbənd əlavə edilsin:
"3.0.63-1. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin tələblərinə idarəedici subyektlərin riayət etmələrinə nəzarəti həyata keçirmək, həmçinin çoxmənzilli binanın idarə edilməsi qaydasına uyğun olaraq sahə mülkiyyətçiləri (sakinlər) ilə müqavilələr bağlanılmasını tələb etmək, müvafiq qanunvericiliyin tələblərinə əməl olunması vəziyyətinin araşdırılması üçün mənzil münasibətlərinin iştirakçılarından məlumatlar almaq, onları təhlil etmək, habelə bu yarımbənddə qeyd edilən məsələlərə dair daxil olmuş müraciətlər üzrə zəruri tədbirlər görmək;”.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə qaydasını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla, üç ay müddətində müəyyən etsin”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident sərəncam imzalayıb
Siyasət 13:51
Prezident sərəncam imzalayıb
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Siyasət 11:36
Prezident İlham Əliyev Qətər Əmirinə təbrik məktubu yazıb
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol