• $
  • £

Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları _ FOTOLAR

Oğlunu axtarmaq üçün cəbhəyə getdi, evə qayıdanda yas çadırı gördü... – Məşhurların şəhid övladları _ FOTOLAR
19.10.2018 13:47
Müqəddəs Qurani-Kərimdə buyurulur ki, şəhidlik və qazilik peyğəmbərlərdən sonra gələn adlardır. Şəhidlik adi ölüm deyil, vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban verməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır.

Azərbaycanın torpaqlarımızın müdafiəsi uğrunda canını fəda etmiş minlərlə şəhidi var ki, onların arasında məşhurların övladları da yer alır.

AZXEBER.COM bu məqalədə öz canını vətənin azadlığı urğunda fəda etmiş məşhurların övladlarından bəhz edəcək.

Azərbaycanın böyük ədibi, xalq şairi, mərhum Xəlil Rza Ulutürk hələ sağlığında yeganə oğlu Təbrizi müharibədə itirib. 31 yanvar 1992-ci ildə 27 yaşında şəhid olan Təbriz Xəlilbəylinin iki qız yadigarı qalıb.

O, 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollanıb. Xromord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu. Ölümündən sonra Azərbaycan Milli Qəhrəmanı fəxri adı alan T.Xəlilbəylinin Azərbaycanın ədəbiyyat tarixinə öz imzasını atmış şəxsiyyətlərdəndir.

 
Azərbaycanın xalq yazıçısı, əməkdar incəsənət xadimi, mərhum Sabir Əhmədli də oğlunu vətən uğrunda fəda edən valideynlərdəndir.

Məşhur yazıçının oğlu Məhəmməd Əhmədli Qarabağ döyüşlərinə könüllü gedib. 1994-cü il fevral ayının 12-də 24 yaşında həlak olan Məhəmmədi görmək üçün atası onun döyüşdüyü əraziyə gedib çıxıb. Oğlunu nə qədər axtarsa da, tapa bilməyib. Yazıçıya bildiriblər ki, oğlu yaralanıb və Bakıya aparılıb. Oğlunu paytaxtdakı hospitalda da tapa bilməyən Sabir Əhmədli evə qayıtdıqda yas çadırı görür və anlayır ki, oğlu artıq həyatda yoxdur. Oğlunun ölümünə dözə bilməyən böyük yazıçı çox keçmir ki, özü də əbədiyyətə qovuşur.

Baş nazirin sabiq müavini, professor İzzət Rüstəmovun oğlu Məzahir Pənahov da torpaqlarımızın bütövlüyü uğrunda şəhid olub.

Onun döyüşdüyü Mutudərə olduqca mühüm strateji yer olduğundan ermənilər buranı işğal etmək istəyirdilər. Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək yalnız döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərir. Məzahirin kəşfiyyatçılığı nəticəsində düşmənin bir çox döyüş nöqtələri məhv edilir. 1992-ci ilin avqust ayının 6-da qəhrəmancasına şəhid olan Məzahir Rüstəmov ölümündən sonra Milli Qəhrəman fəxri adına layiq görülür.


Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov cəbhənin Füzuli istiqamətindəki döyüşlərdə həyatını itirib.

2016-cı ilin aprel döyüşlərində şəhid olan Rasim Məmmədov zabit idi və mayor rütbəsini daşıyırdı. Onun atası Əbdül Məmmədov da müharibə iştirakçısı idi. Birinci Qarabağ müharibəsinin iştirakçısı olan Əbdül Məmmədov Naxçıvanda böyük şücaət göstərib. Oğlunun şəhid olmasından təsirlənən ata az keçməmiş özü də dünyasını dəyişib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Cəmiyyət 12:51
Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi antiterror tədbirlərindən bir il ötür
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib -  FOTOLAR
Cəmiyyət 17:37
Ekologiya Nazirliyi palçıq vulkanlarına infotur təşkil edib - FOTOLAR
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Cəmiyyət 15:10
Beynəlxalq Yoqa günü Şabranda qeyd olunub - FOTOLAR
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Cəmiyyət 10:42
Bu günə kimi işğaldan azad olunan ərazilərə neçə nəfər səfər edib?
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Cəmiyyət 16:26
Sumqayıtda itlər kütləvi şəkildə zəhərlənib? - Fotolar
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Cəmiyyət 13:25
Dəmir qanadlı qəhrəmanlara vəfa borcu - FOTOLAR
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Cəmiyyət 17:34
Yasamal rayonunda əmək yarmarkası açılıb - FOTOLAR
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Cəmiyyət 22:30
Türkiyədə azərbaycanlı qadını əri güllələdi - FOTO
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Cəmiyyət 18:35
Yasamal rayonunda Gənclər Günü qeyd edilib - FOTOLAR
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol