• $ 1.7
  • € 1.9949
  • ₽ 0.020391
  • ₺ 0.0411
  • £ 2.3065

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası

Şimşək çaxacaq, yağış yağacaq - Sabahın havası
23.10.2018 12:52
Oktyabrın 24-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Anews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 15-17, gündüz 21-25, Bakıda gecə 15-17, gündüz 23-25 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz Naxçıvan MR-nın bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Bəzi yerlərdə arabir güclənən cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 15-20 dərəcə isti təşkil edəcək.

Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 24-ü gündüzdən 25-i axşamadək Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi fonunda gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Cəmiyyət 17:17
Şimşək çaxacaq, leysan yağacaq - Proqnoz
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Cəmiyyət 15:38
Azərbaycan və BƏƏ prezidentləri Şuşada Milli Xalça Muzeyinin filialında olublar
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəmiyyət 15:35
Fermerlərə üzüm sahələrinə görə 168 min manatdan çox sığorta ödənişi edilib
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Cəmiyyət 15:23
Cəlilabadda məktəblilər arasında mübahisə ölümlə nəticələnib/Yenilənib
Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb
Cəmiyyət 14:31
Bakı metrosu tədris ilinin ilk günündə 900 minə yaxın sərnişin daşıyıb
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Cəmiyyət 14:18
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
Cəmiyyət 13:27
Sabah leysan yağacaq, şimşək çaxacaq - PROQNOZ
Bələdiyyələrin xəritələri olmadan vergi və maliyyə məsələləri çətinləşir - Sədr
Cəmiyyət 13:15
Bələdiyyələrin xəritələri olmadan vergi və maliyyə məsələləri çətinləşir - Sədr
Deputat: Bələdiyyə fəaliyyəti ilə bağlı ictimai izahat vacibdir
Cəmiyyət 13:13
Deputat: Bələdiyyə fəaliyyəti ilə bağlı ictimai izahat vacibdir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol