• $ 1.7
  • € 1.9977
  • ₽ 0.021379
  • ₺ 0.0398
  • £ 2.2726

"Azərbaycanın çörəyini Azərbaycan dilində danışa bilən adamlar yeməlidir" - Millət vəkili anormallığı tənqid etdi

07.11.2018 09:39
"Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Fərman imzalaması, eləcə də Ağdamda olarkən Azərbaycan dilinin qorunması ilə əlaqədar səsləndirdiyi fikirlər təkcə bir dövlət başçısının səlahiyyətləri daxilində imzalanan sənəd, yaxud görüş zamanı söylədiyi adi sözlər deyil. Bu, kifayət qədər siyasi, mənəvi, əxlaqi məzmun və mahiyyət kəsb edən bir məsələdir. Çünki dil bir millətin göstəricisi, onun şərəf, layəqət, anlama hissi, mövcudluq formasıdır. Milləti olmayanın dili olmur". 

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin üzvü, tarix elmləri doktoru, professor Fəzail İbrahimli bildirib.

Millət vəkili hesab edir ki, ona görə də öz dilini qoruyub saxlamaq hər bi insanın, vətəndaşın borcudur: "Əslində dövlət başçısı bu fərmanla bir xalqın, millətin çəkə biləcəyi yükü ifadə edib. Çünki burda kifayət qədər ciddi məsələlər var.
Dünyada qloballaşma gedir. Bu siyasət bəzən kiçik dövlətlərin, xalqların tarixi taleyinə mənfi təsir gösətərə bilər. İqtisadiyyatda, siyasətdə olduğu kimi dağıdıcı qüvvələr mənəviyyatda da böyük dağıdıcılıq törədirlər. Məsələn, bu gün xarici şirkətlər xarici xarici dili bilənləri işə götürürlər. Bu da təbiidir, öz dilində danışmalıdır. Amma bu proses, çox təəssüf ki, bəzən Azərbaycanın daxilində gedən məsələlərə də sirayət edir. Bu gün işə qəbul prosesində xarici dilləri bilməlisən deyə tələblər var. Sovet İmperiyasi dövründə rus dili tələb edilirdi, indi isə ingilis dili. Amma İngiltərədə heç bir işə qəbul zamanı xarici dil bilmək tələbi qoyulmur. Tutaq ki, çin və ya yapon, yaxud fransız və ya alman dilini bil, belə tələb qoyulmur. Avropa ölkələrində belə bir tələb yoxdur. Hər bir ölkə öz dilində danışır.

Biz müstəqil Azərbaycan dövləti qurmuşuq, müstəqillik zamanında yaşayırıq. Çox təəssüf ki, belə bir proses, xoşagəlməz hallar var. Məsələn, bu gün ingilis dilini bilən az qala özünü ali bir təbəqə kimi təqdim etməyə çalışır. Mənim düşüncəmə görə, insan nə qədər çox dil bilirsə, bu, o qədər gözəldir. Bu bir azərbaycanlının Avropa ilə Avropa dillərində danışa bilən çox böyük göstəricisidir. Ancaq bu göstərici o vaxt müsbət hal alır ki, o, həm də öz dilini sərbəst bilsin. Öz dilində danışa, fikrini sərbəst ifadə edə bilmədən şəxs başqa 10 dildə bilsə, yenə də elə bilin ki, öz milləti qarşısında laldır. Əgər o öz millətinin arasında istər rəsmi, istərsə də qeyri-rəsmi formada fikrini öz dilində ifadə bilmirsə, o xarici dil bilməsi ilə necə fəxr edə bilər?!"

F.İbrahimli hesab edir ki, Azərbaycanda yaşayıb işləyən hər bir azərbaycanlı, ilk növbədə, öz ana dilini bilməlidir və ondan mütləq xarici dil bilməyi tələb etmək doğru deyil: "Bəziləri mənim fikrimi yoza bilər ki, guya mən xarici dillərin əleyhinəyəm. Qətiyyən! Hər bir Azərbaycan gənci xarici dili bilirsə, səfriliklərdə, beynəlxalq təşkilatlar işləyirsə, mən onlarla qürur duyuram. Bəli, Fransada səfirlikdə işləyən nümayəndəmiz fransız dilini bilməlidir. Almaniyada eynilə. Çünki işlədiyin ölkənin dilini bilməsən, orada heç bir iş apara bilməzsən. Amma bunu birbaşa Azərbaycana da şamil edəndə və mütləq burada "ingilis dilini bilməsən" tələbi bir az düşüncələrə ziyan gətirir. Hətta bu məsələ o qədər kobud forma alıb ki, artıq ölkədə rus və ingilis məktəblərinə meyl Azərbaycan məktəblərinə nisbətən daha güclüdür.
Səbəb nədir? Xarici dili bilmədən işə düzəlmək problemindən əziyyət çəkən valideyn fikirləşir ki, niyə çəkdiyim əzabı övladım da çəkməlidir?! O, mütləq gedib ingilis, rus məktəbində oxumalıdır ki, gələcəkdə bir tikə çörək yeyə bilsin. Azərbaycanın çörəyini Azərbaycan dilində danışa bilən adamlar yeməlidir! Bax bu baxımdan dövlət başçısının dedikləri çox ciddi məsələdir. Xüsusən bu məsələ kütləvi informasiya vasitələrinə aiddir.

Bu cəhətdən hesab edirəm ki, cənab prezidentin verdiyi Fərman və dediyi sözlər hər bir azərbaycanlının fəaliyyətinin aparıcı xətti olmalıdır".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Siyasət 19:30
Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Siyasət 14:05
Ərdoğan: Ermənistan və Azərbaycan sülhə hər zamankından daha yaxındır
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Siyasət 12:21
Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb
Prezident Əbu-Dabidədir- Fotolar
Siyasət 12:01
Prezident Əbu-Dabidədir- Fotolar
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Siyasət 09:51
Ombudsman: Yeni amnistiya təşəbbüsü humanist cəza siyasətinin davamıdır
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək
Siyasət 13:02
Milli Məclisin növbəti iclası dekabrın 19-da keçiriləcək

Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Siyasət 12:12
Azərbaycanla Ruanda arasında hava əlaqəsi yaradılacaq
Əli Məsimli parlamentdə turizm və kənd təsərrüfatına aid dinləmələr keçirilməsini təklif edir
Siyasət 11:38
Əli Məsimli parlamentdə turizm və kənd təsərrüfatına aid dinləmələr keçirilməsini təklif edir
Rusiya Bakıda “Rus evi”nin fəaliyyətə başlaması üçün səylərini davam etdirir
Siyasət 10:12
Rusiya Bakıda “Rus evi”nin fəaliyyətə başlaması üçün səylərini davam etdirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol