• $
  • £

Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” - VİDEO - FOTO

Zabit Səmədov: “Axırıncı döyüşüm ağır keçdi” - VİDEO - FOTO
29.05.2020 07:15
Məşhur azərbaycanlı K-1 ustası Zabit Səmədov növbəti döyüşünü bu ilin dekabr ayında ABŞ-da keçirə bilər.Bundan başqa, Z.Səmədova döyüş keçirilməsi üçün digər təkliflər də gəlib.Təkliflər arasında gələn ilin fevral-mart aylarında Dubay şəhərində keçiriləcək V “Global Fighting Championship” (GFC) adlı turnirə dəvət də var. Hansı ki, “Mauqli” ləqəbli məşhur azərbaycanlı sonuncu döyüşünü də məhz bu turnirdə iranlı döyüşçü Cafar Ahmadiyə qarşı keçirib və qalib gəlib. Döyüş oktyabrın 16-da Dubay şəhərində baş tutub.“Bu döyüş bəzi döyüşlərə nisbətən ağır oldu. Müqayisə üçün deyim ki, axırıncıdan əvvəlki döyüşdə 10 saniyəyə nokautla qalib gəlmişdim. İranlı ilə döyüşdə isə 3 raund döyüşdük və xal hesabı uddum. Döyüşün çətin keçməsinin səbəblərinə gəlincə, sözün düzü tam hazır deyildim, bəzi zədələrim var idi. Bundan başqa, döyüş təklifini cəmi iki həftə əvvəl dedilər. Bu isə hazırlaşmaq üçün az vaxtdır. Amma buna baxmayaraq, qələbə qələbədir. Ən önəmlisi odur ki, qələbə qazanaraq bayrağımızı bir daha göylərə qaldırdıq, xalqımızı, həmçinin məni Azərbaycandan, Rusiyadan dəstəkləmək üçün gəlmiş soydaşlarımızı sevindirdik” - deyə, Zabit Səmədov bildirib.Hazırda istirahət edən Z.Səmədov iki həftədən sonra məşqlərə başlayacaq.Qeyd edək ki, 30 yaşlı idmançı ən parlaq döyüşlərindən birini 2013-cü ilin may ayında “Leqenda” turnirində əfsanəvi mərakeşli kikboksçu Badr Hariyə qarşı keçiribi və inamlı qələbə qazanıb. Belə ki, Z.Səmədov əvvəllər iki dəfə qarşılaşdığı və hər dəfə məğlub olduğu rəqibini bu dəfə nokautla məğlub edib. Qarşılaşmadan sonra “Pis oğlan” ləqəbi ilə tanınan Badr Hari Zabit Səmədova əl verməkdən imtina edib. Zabit Səmədov isə rinqdə Azərbaycan bayrağı ilə dövrə vurub. Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da rinqə çıxaraq Zabit Səmədovu təbrik edib.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol