• $
  • £

Daha beş idmançımızın dopinq testi müsbət çıxdı - ADLAR

Daha beş idmançımızın dopinq testi müsbət çıxdı - ADLAR
01.12.2018 10:38
Azərbaycanın daha beş idmançısı dopinq testdə ilişib.

Oxu.Az xəbər verir ki, atletika ilə məşğul olan Zaman Pirverdiyev, boksçu Nəbi Əbdüləzimov, güləşçilər – Cavid Feyziyev, Azər Hüseynov və velosipedçi Osman Qəhrəmanovun dopinq testi müsbət nəticələnib.

Qanında meldonium tapılan Zaman Pirverdiyev 42 aylıq diskvalifikasiya olunub. Onun cəzası martın 6-da başlayıb və 2021-ci ilin sentyabrın 6-da başa çatacaq.

Furosemid maddəsinə yaxalanan Nəbi Əbdüləzimov ilyarımlıq cəzalandırılıb. Yanvarın 30-da cəzası qüvvəyə minən idmançı bir də yarışlarda gələn ilin iyulun 30-dan etibarən gücünü sınaya biləcək.

Stanozol maddəsi tapılmış Cavid Feyziyev, eləcə də metasteron və drostanolon maddəsi qəbul etdiyi müəyyənləşmiş Azər Hüseynov dörd illik cəza alıb. Hər iki idmançının cəzası yanvarın 18-dən hesablanır və diskvalifikasiya müddəti 2022-ci ilin yanvarın 18-də başa çatacaq.

Qanında meldonium və tuaminoheptan tapılmış Osman Qəhrəmanov iki illik sanksiya ilə üzləşib. Maraqlıdır ki, velosipedçimizin sanksiyasının başlanma tarixi ötən ilin iyulun 12-dən hesablanmağa başlayıb. Bu cəza gələn ilin iyulun 12-də bitəcək.

Qeyd edək ki, bununla da Milli AntiDopinq Agentliyi tərəfindən cəzalandırılmış idmançıların sayı 36-ya çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol