• $
  • £

“Qızıl top” aldı, həbsdən qurtuldu

“Qızıl top” aldı, həbsdən qurtuldu
05.12.2018 21:00
"Qızıl top"u qazanmaqla Lionel Messi və Kriştianu Ronaldunun hegemonluğuna son qoyan Luka Modriç həyatının ən xoşbəxt anlarını yaşayır.

Anews.az matç.az-a istinadən  xəbər verir ki, Xorvatiya yığması ilə dünya çempionatının gümüş medalını, İspaniya "Real"ı ilə Çempionlar Liqasını qazanan yarımmüdafiəçinin sevinci təkcə futbol meydanlarında baş verənlərlə bağlı deyil.

Düzdür, "Qızıl top"un təqdimatında onun valideynlərinin göz yaşlarını, həyat yoldaşı və üç övladının təbəssümünü, ölkə prezidenti Kolinda Qrabar-Kitaroviçin səmimi təbriklərini bütün dünya gördü. Lakin Modriçi xoşbəxt edən təkcə bunlar deyil.

"Qızıl top"u aldığı gün 33 yaşlı futbolçu yalan ifadə verməklə bağlı ittihamlardan da azad edilib. Hərçənd yarımmüdafiəçi istintaq zamanı Zaqreb "Dinamo"sunun sabiq prezidenti Zdravko Mamiçin lehinə həqiqətdən uzaq ifadələr verməkdə günahkar sayılırdı.

Əslində, Lukanın ittihamlardan azad olunması xəbəri hələ iki ay əvvəl yayılmışdı. Lakin munisipial məhkəmənin rəsmi qərarı açıqlanmırdı. Eyni zamanda xorvat prokurorluq orqanlarının bunu yenidən şikayət edə biləcəyi iddia edilirdi. "Qızıl top"un sahibini tapdığı gündə Zaqreb dairəsi məhkəməsi qərarını qüvvədə saxladığını, Modriçin qanun qarşısında təmiz olduğunu elan edib. Bununla da dünyanın ən yaxşı futbolçusu 5 aydan 6 ilə qədər həbs cəzası almaqdan xilas olub.

Məsələ ondadı ki, bu ilin iyununda Zdravko Mamiç 6,5 il müddətinə həbs cəzasına məhkum olunub. Onun qardasşı, "Dinamo"sunun sabiq baş məşqçisi Zoran Mamiçə isə 4 il 11 ay iş kəsilib. Yerli futbol federasiyasının sabiq direktoru Damir Vrbanoviç 3 il, klub mühasibi Milan Pernar 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Bu şəxslər klubun milyonlarla vəsaitini dağıtmaqda, Modriç və digər oyunçuların transferlərdəki fırıldaqlarda günahkar sayılıb.

Mamiç qardaşları cinayət fəaliyyəti sayəsində 2008-ci ildən başlayaraq klub büdcəsindən 17,3 milyon dollar oğurlayıb, 1,8 milyon dollar vergidən yayınıb. Klub rəhbərliyi xaricə transfer olunan futbolçuların keçidindən gələn komissiya gəlirlərini hesabatdan gizlədib. 2015-ci ilin noyabrında Zdravko Mamiç həbs olunsa da, sonradan girovla buraxılıb.

Modriç 2015 və 2017-ci illərdə şahid kimi ifadə verib. Onun "Dinamo"dan "Tottenhem"ə keçidi barədə dedikləri, həmçinin Deyan Lovrenin açıqlamaları həlledici sayılıb. 2008-ci ilin iyulunda 21 milyon dollara transfer olunan Lukanın müxtəlif illərdəki ifadələri fərqli olub. Bu uyğunsuzluq onun özünün cinayət məsuliyyətinə cəlb olunması üçün kifayət idi.

Modriç keçiddən qazandığını Mamiçə verdiyini etiraf edib: "Transferim üçün 21, ya da 23 milyon ödənmişdi. Klubla müqaviləyə görə bu vəsaitin bir hissəsi mənə düşürdü. Müqavilədə məbləğin yarıbayarı bölünməsi əks olunmuşdu. Mən Mamiçin təklifi ilə razılaşdım və pulları bankdan çıxarıb onun qardaşıyla oğluna verdim".

Maraqlıdı ki, Mamiçlərin hər ikisi hazırda azadlıqdadı. Vaxtilə Xorvatiya millisində oynamış Zoran Mamiç BƏƏ-də "Əl-Əyn"in baş məşqçisidi və ötən mövsüm çempionluq və kubok qazanıb. Onun ekstradisiyası reallaşmayıb. Qardaşı isə Bosniya və Herseqovinada yaşayır. İnterpol onun həbsi üçün order alsa da, Bosniya və Herseqovina öz vətəndaşlarını başqa ölkələrə vermir.

Hətta sabiq klub prezidenti bu yaxınlarda keçirdiyi mətbuat konfransında bütün olanları təxribat da adlandırmaqdan çəkinməyib. O, bunu tutarlı sübutların olmamsı ilə izah edib. Mamiçlərin Xorvatiyadakı bütün əmlakı müsadirə olunsa da, azadlıqları toxunulmaz qalıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol