• $
  • £

Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər

Həbib Nurməhəmmədovu Azərbaycana dəvət ediblər
11.12.2018 14:28
Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədov diskvalifikasiya olunacağı təqdirdə hər gün məşq edəcək və dünyanı gəzəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu haqda döyüşçünün atası və məşqçisi Abdulmanap Nurməhəmmədov deyib.

"Qonşu Azərbaycandan bizi çağırırlar, Türkmənbaşı dəvət edir. Qırğızıstan prezidenti bizi şəxsən çağırıb. Bu ölkədə bizə çox yaxşı mühafizə ayırdılar və bizi hamıdan xoş qarşıladılar. Müsəlmanların yaşadığı Malayziyadan və İndoneziyadan təklif var və mən Həbiblə bu ölkələrə getmək istəyirəm”, - deyə Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov bildirib.

Onun sözlərinə görə, altı ölkənin prezidenti tərəfindən dəvət alsalar da, bu dəvətlərə müsbət cavab vermək imkanına malik olmayıblar.

"Doqquz aylıq diskvalifikasiya olacağı təqdirdə, o, səhərlər gimnastika və məşq edəcək. Gündə 3,5 saat məşq edirik. Həmçinin bütün dünyanı gəzəcəyik”, - deyə Abdulmanap Nurməhəmmədov oğlunun avtobioqrafiyasının Mahaçqaladakı təqdimatı zamanı bildirib.

O qeyd edib ki, Həbib formasını itirməməlidir:

"İstənilən an biz 100 günlük məşq bazasına getməyə və təklif edilən istənilən rəqiblə qarşılaşmağa hazır olmalıyıq. Lakin seçimi, əlbəttə ki, biz edəcəyik. Əminliklə deyə bilərəm ki, bizi qane etməyəcək variantları geri çevirəcəyik”.

Nurməhəmmədov UFC çempionu kəmərini 7 oktyabrda Makqreqora qarşı döyüşün dördüncü raundunda boğucu fəndlə qalib gələrək qoruyub. Döyüşdən sonra rusiyalı tamaşaçıların olduğu zalda kütləvi dava olub. Hər iki döyüşçü 10 dekabr tarixinədək döyüşlərdən kənarlaşdırılıb.

Dekabrın 6-sı məlum olub ki, Makqreqor öz işinin baxılmasının təxirə salınmasını xahiş edib və Nevada ştatının Atletik Komissiyası bu xahişi müsbət cavablandırıb. Həmin gün komissiya Nurməhəmmədovun vəkillərinin bu barədə xahişini qəbul edib.

Rusiyalı döyüşçü karyerası boyunca 27 döyüşdə iştirak edib və məğlub olmayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol