• $
  • £

Avropa Liqasının final matçının bilet qiymətləri məlum oldu

Avropa Liqasının final matçının bilet qiymətləri məlum oldu
28.05.2020 19:42
Bakıda keçiriləcək UEFA Avropa Liqasının final matçının biletlərinin qiymətləri və satışa çıxarılacağı tarix müəyyənləşib.

Anews.az xəbər verir ki, bu barədə "Report"a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. O, bildirib ki, həlledici qarşılaşmanın ən ucuz bileti 35 avro, ən bahalısı isə 130 avro olacaq: "Birinci kateqoriyalı biletlər daha baha, dördüncü kateqoriyalılar isə daha ucuzdur. Bu UEFA-nın standart yanaşmasıdır. Ötən il Fransanın Lion şəhərində keçirilmiş final oyununda biletlərin satış bazarı fərqli olsa da, UEFA üçün Avropa Liqası eyni səviyyəli brendir. Səhv etmirəmsə, Fransadakı finalda orta qiymət 95 avro idi. Bizdə isə ortalama 70 avro olacaq. Təbii ki, VİP biletlər daha bahalıdır. UEFA öz brendinə eyni yanaşır. Amma Bakıdakı finala biletlər bir qədər ucuz olacaq".  

E.Məmmədov biletlərin 2019-cu il martın ilk həftəsindən onlayn satışda olacağını da diqqətə çatdırıb: "Azarkeşlər birinci, ikinci, üçüncü və dördüncü kateqoriyalı yerlərə biletləri onlayn formada əldə edə bilərlər. VİP biletlər isə artıq satışdadır". 
Qeyd edək ki, bu mövsüm Avropa Liqasının finalı 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol