• $
  • £

“Qarabağ” gerilədi

“Qarabağ” gerilədi
14.12.2018 17:43
Avrokubokların qrup mərhələsinin VI turundan sonra klubların UEFA reytinqi açıqlanıb. 

Oxu.Az xəbər verir ki, son turda Çempionlar Liqası və Avropa Liqasının qarşılaşmalarından sonra siyahıda bəzi dəyişikliklər olub.

İlk "yüzlük”dəki yeganə Azərbaycan klubu "Qarabağ”ın mövqeyi də dəyişib. London "Arsenal”ına 0:1 hesabı ilə uduzan ölkə çempionu üç pillə geriləyib. Son tur öncəsi 64-68-ci yerləri bölüşən Qurban Qurbanovun yetirmələri indi 67-70-ci pillələri bölüşür. Aktivində 22 min xal olan komanda "Lester Siti” (İngiltərə), "Feyenoord” (Hollandiya) və "Valensia”ya (İspaniya) şərikdir.

Qrupumuzdakı digər komandalardan "Arsenal” və "Sportinq” yenə müvafiq olaraq onuncu və XXXI yerdədir. Ukraynanın "Vorskla” klubu isə bir pillə geriləyərək 147-152-ci yerə düşüb. Top-10-da dəyişiklik yalnız PSJ ilə bağlıdır. Paris təmsilçisi iki pillə irəliləyərək VI sıraya qalxıb və "Sevilya” ilə "Mançester Siti”ni arxada qoyub.

Qeyd edək ki, digər Azərbaycan klublarının turnir cədvəli mövqeyində dəyişiklik olmayıb. "Qəbələ” 163-164, "Keşlə”, "Neftçi”, "Zirə” və "Kəpəz” 273-276-cı yerləri bölüşür. 

Azərbaycanın UEFA reytinqində də dəyişiklik baş verməyib. Cari avrokubok mövsümündə 2375 xal toplamış Azərbaycan klubları son beş mövsümün nəticələrinə əsasən, 19 min xalla XXVI yerdə qərarlaşıb. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol