İnşaat sektorunda keyfiyyətli armaturların əhəmiyyəti

Son
zamanlar inşaat sektorunda istifadə olunan armaturun keyfiyyəti ilə bağlı
yazılan xəbərlərdən yola çıxaraq mövzu ilə bağlı araşdırma nəticələrini
oxucularımıza təqdim edirik.
Araşdırmamızı
yazıda xüsusi ilə qeyd edilən Paşa
İnşaatın sifarişi ilə podratçı şirkətlərin
inşa etməkdə olduğu qaçqın və məcburi
köçkün ailələri üçün nəzərdə tutulan Qobu Park və Pirallahı yaşayış komplekslərinin
inşasında istifadə edilən armatur materialının keyfiyyətinin yoxlanılması ilə
başladıq.
Araşdırma zamanı müəyyən edildi ki, qeyd edilən layihələrdə istifadə
üçün 2017-2018 ci illər üzrə Rusiya Federasiyasına
məxsus Novokuznetsk
şəhərindəki "Evraz” və
Çelyabinsk şəhərindəki "Meçel” metallurgiya zavodlarından 12300 ton A-500
markalı armatur idxal edilmişdir. Bununla
yanaşı qeyd edilən illər ərzində layihələri icra edən podratçı şirkətlər Baku
Steel Company MMC-dən 3690 ton armatur materialı alışı etmişdir. Alınmış
materialların keyfiyyəti və standartlara uyğunluğunun yoxlanılması məqsədilə
FHNin müvafiq qurumları tərəfindən müxtəlif tarixlərdə material nümunələri
götürülərək S.Ə.Dadaşov adına Elmi-Tədqiqat
və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyasında
yoxlanılmış və laboratoriya nəticələri podratçı şirkətlərə təqdim edilmişdir.
Bu tip yoxlamanın sonuncusu 12.12.2018ci tarixində Azərbaycan Respublikası Fövqəladə
Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən
aparılmış, nəticələri isə 18.12.2018ci il tarixdən podratçı şirkətə təqdim
edilmişdir. (Laboratoriya yoxlama nəticələri
araşdırmamıza əlavə edilir). S.Ə.Dadaşov
adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun laboratoriyanın
təqdim etdiyi nəticələrə tərəfimizdən baxış keçirildi, məlum oldu ki qeyd edilən
layihələrdə istifadə edilən armatur materialları tələb edilən qayda və
normalara tam uyğundur, inşaat zamanı heç bir əlavə ölkənin və ya sexlərin
keyfiyyətsiz və tələblərə cavab verməyən materiallarından istifadə edilməmişdir.


www.anews.az
Son xəbərlər
Daha çox 