• $
  • £

Qiymət artımı olacaq?

Qiymət artımı olacaq?
14.10.2014 10:43
"Ukraynadakı hadisələr region ölkələrinin iqtisadyyatına güclü, orta və aşağı səviyyədə təsir edir. Amma indiyədək bunun Azərbaycana mənfi təsiri hiss olunmayıb."Bunu ANS PRESS-ə Milli Məclisin deputatı Əli Məsimli deyib.O, "Beynəlxalq Valyuta Fondunun Ukraynada münaqişənin dərinləşməsinin Şərqi Avropa və MDB ölkələrində qiymət artımına səbəb olacaq proqnozunun Azərbaycana hansı iqtisadi təsiri ola bilər" suala cavabında bildirib ki, ötən il Azərbaycan Ukraynaya 276 milyon dollarlıq mal ixrac edib və bundan 313 milyon dollar çox, yəni 589 milyon dollarlıq mal idxal edib. İxrac 3 dəfə, idxl isə 10 faizə yaxın artıb: "Ukrayna Azərbaycanın idxalında 5,5 faiz xüsusi çəki ilə 5-ci, ixracında isə 1,1 faiz xüsusi çəki ilə 19-cu yeri tutur. Biz Ukraynadan buğda unu, bitki yağı, qənnadi məlumatı, makaron, çörək, iri buynuzlu heyvan, süd və süd məhsulları, təzə meyvə, spirtli içki, dərman və sair alırıq. Ukraynaya isə ölkəmizdən kənd təsərrüfatı məhsulları, çay, meyvə-tərəvəz şirələri, bir qədər neft və neft məhsulları, kimya sənayesi məhsulları və sair göndərilir." Onun sözlərinə görə, Ukraynada münaqişələrin dərinləşməsi Azərbaycan-Ukrayna ticarət əlaqələrinə müəyyən dərəcədə təsir edə blər, amma biz Ukraynadan aldığımız malları əksər ölkələrdən də ala bildiyimizdən, bu, Azərbaycana münasibətdə nəzərəçarpan qiymət artımına gətirib çıxara bilməz.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb
İqtisadiyyat 15:13
Qızılın qiyməti yenidən 4600 dollara yaxınlaşıb

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol