• $
  • £

Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu

Xamis Məmmədovun ölümünün yeni detalları bəlli oldu
28.01.2019 10:44
Xamisi dünən dəfn ediblər. Hazırda isə onun ailəsinə başsağlığı vermək üçün Sabirabada gedirəm.

Bunu Oxu.Az-a MMA, Qraplinq və Pankration Federasiyasının prezidenti Azad Əsgərov deyib.

Döyüş sambosu, MMA üzrə azərbaycanlı keçmiş döyüşçü Xamis Məmmədov dünən gözlənilməz şəkildə vəfat edib. 

Bir neçə il əvvəl məşhur UFC döyüşçüsü Həbib Nurməhəmmədovu Dağıstan açıq çempionatında məğlub etmiş Xamisin qripdən vəfat etdiyi bildirilir. Bunu vaxtilə onu Bakıda yarışlara hazırlaşdırmış Azad Əsgərov da təsdiqləyib:

"Soyuqlamadan vəfat edib. Bir-iki gün əvvəl nəfəs almaqda çətinlik çəkirdi”.

34 yaşlı Xamis Məmmədovun Sabirabadda müəllimi olmuş Nazim Məlikov isə saytımıza açıqlamasında onun qripdən ölməsinə dair yayılan xəbərlərin doğru olmadığını bildirib:

"Yayılan xəbərlər doğru deyil. Ciyərində soyuqdəymə vardı. Sabunçu xəstəxanasında yatırdı. Beşinci gün onunla danışmışam. Həmin gün axşam xəstəxanada qızdırması qalxıb, həkim nəzarəti olmayıb. Onun əvvəldən ciyərində ləkəsi var idi. Bu soyuqdəymədən sonra xəstəliyi daha da güclənib və rəhmətə gedib. Xamis idmanı atsa da, o qədər də passiv deyildi. İki-üç gündən bir ova gedirdi”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol