• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

"Bakı-2015" Tiflisdə təqdim olundu

"Bakı-2015" Tiflisdə təqdim olundu
13.10.2014 15:00
“Bakı-2015” ilk Avropa Oyunları Gürcüstan Milli Olimpiya Komitəsinin yaradılmasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlərin bir hissəsi olaraq Tiflisdə MDB və Baltikyanı ölkələrin Milli Olimpiya komitələrinin regional forumunda təqdimat keçirib.ANN.Az-ın  AzərTAc–a istinadən yaydığı xəbərə görə, tədbirlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi üzrə Milli Olimpiya Komitəsi Mübadilə və Regional Forumlar proqramı çərçivəsində ümumilikdə 15 ölkədən dəvət olunmuş nümayəndələr, o cümlədən BOK-un üzvləri iştirak ediblər.“Bakı-2015”in və Azərbaycan Milli Olimpiya Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti birinci Avropa Oyunları ilə bağlı görülən hazırlıq işləri barədə iştirakçılara məlumat verib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod deyib: “Azərbaycanın əldə etdiyi uğurlar barədə qonşu ölkələri məlumatlandırmaq baxımından Gürcüstan Milli Olimpiya Komitəsi tərəfindən belə mühüm tədbirə dəvət olunmaq bizim üçün gözəl imkandır. Biz həmin ölkələrin idmançılarının Bakıda keçiriləcək birinci Avropa Oyunlarında yarışacaqlarını səbirsizliklə gözləyirik. Gürcüstanın Milli Olimpiya Komitəsini 25 ildə əldə etdiyi uğurlar münasibətilə təbrik etmək və gələcəkdə daha böyük nailiyyətlər qazanmağı arzulamaq istərdim”.Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki də tədbirdə iştirak ediblər.Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili və Baş nazir İrakli Qaribaşvili gələn il baş tutacaq birinci Avropa Oyunlarına qatılmaq arzusunda olan gənc idmançılarla görüşüblər.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
Baku 2015 23:03
Cəlilabad rayon sakini atdan yıxılaraq ölüb
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Baku 2015 18:09
HƏMAS nümayəndələri danışıqlar üçün Qahirəyə gedib
Bakıda əl qumbarası tapılıb
Baku 2015 11:01
Bakıda əl qumbarası tapılıb
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
12:18
Yunan-Roma güləşçilərinin son yarış gününə Azərbaycan yığması qələbə ilə başlayıb
Bədii gimnastımız  Azərbaycan millisinə 35-ci medalı qazandırıb
Baku 2015 12:06
Bədii gimnastımız Azərbaycan millisinə 35-ci medalı qazandırıb
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Baku 2015 11:29
I Avropa Oyunları üzrə Təşkilat Komitəsi yaradıldı
Bakıda olimpiada həyəcanı
Baku 2015 11:28
Bakıda olimpiada həyəcanı
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Baku 2015 11:28
2015 Olimpiya Oyunlarının video çarxı təqdim edildi
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
11:25
Azərbaycanlı idmançı yarımfinala vəsiqə qazandı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol