• $
  • £

UFC rəhbəri Nurməhəmmədovun diskvalifikasiyasını pislədi

UFC rəhbəri Nurməhəmmədovun diskvalifikasiyasını pislədi
31.01.2019 20:30
UFC rəhbəri Deyna Uayt Nevada ştatının Atletik Komissiyasının rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədovun doqquz ay müddətinə yarışlardan kənarlaşdırılması haqqında qərarını şərh edib.

Onun sözləri "MMA Fighting” saytında dərc olunub.

"Həbibin diskvalifikasiya müddəti məni təəcübləndirdi. Sosial işlərə razılaşsa belə, yarım milyon dollar cərimə və altı ay müddətinə yarışlardan kənarlaşdırılması, mənim fikrimcə, həddindən artıq sərt cəzadır. Ancaq nə edə bilərik?!” , - deyə D.Uayt bildirib.

UFC rəhbəri idmançıların müdafiəsinə qalxıb.

"Bu, bir mübarizədir. İstənilən halda bir döyüşdür. Bəzən elə situasiyalar olur ki, döyüşçülərin bir-birini görən gözü olmur. Bu dəfə də istisna deyildi. Biz nə ediriksə, döyüşlə bağlıdır. Döyüşçülər bir-birinə aşağılayıcı sözlər deyirlər, onlar buna artıq öyrəşiblər. Bu, qaçılmazdır”.

Qeyd edək ki, Nurməhəmmədovun diskvalifikasiyası haqqında qərar yanvarın 29-da elan olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol