• $
  • £

Qurban Qurbanov: Bakı səfəri “İnter” üçün asan olmayacaq

Qurban Qurbanov: Bakı səfəri “İnter” üçün asan olmayacaq
28.05.2020 21:34
Açığı, məğlubiyyətə üzülmədim. Futbolda belə hallar olur. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.Ağdam təmsilçisi az öncə Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində İtaliyada “İnter”lə qarşılaşıb. 0:2 hesabı ilə uduzduqları qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Qurbanov məğlubiyyətlə bağlı fikirlərini açıqlayıb:“Bəzi epizodlarda çoxlu səhvlərə yol verdik. Məğlubiyyətə yox, futbolçuların elədiyi səhvlərə üzülürəm. Əvvəllər hansısa nəticə üçün oynayırdıqsa, bu gün öz oyunumuzu sərgiləməyə çalışırıq. Nəticə barədə düşünsəydik, ancaq müdafiədə oturardıq. Bir neçə şansımız oldu. Təəssüf ki, bundan yararlana bilmədik”.Qurbanov daha sonra bildirib ki, daha çox meydanda futbolçuların səhvindən narahatdır:“Bu gün Avropanın adlı-sanlı klubuna qarşı oynadıq. Amma səhvlər imkan vermədi. Futbolçular verilən tapşırığı yerinə yetirsələr, nəticə özü gələcək. İndi rəqibin 6 xalı var. Bu gün zirvədə olmağa layiqdi. Qarşıdakı oyunlarda bu gün buraxdığımız səhvlərə yol verməməliyik. Ümumi götürsək, “İnter” çox yaxşı müdafiə xəttinə malikdi. Onları biz səhv etməyə məcbur etdik. Hardasa məğlubiyyəti qəbul edirik. Amma məni narahat edən bəzi səhvlərdi. Mənim də hücumçu kimi, 1 metrdən qapıya dəqiq zərbə vura bilmədiyim vaxtlar olub. Dünən də qeyd etdim ki, “İnter” kimi komandaya qarşı oynamaq bizim üçün təcrübədi. Gələcəkdə yenə bu arenada oynamaq istərdim”.Qurbanov daha sonra komandasının şansı barədə danışıb:“Rəqiblərimizin bu gün heç-heçə etməsi bizi daha məsuliyyətli olmağa məcbur edir. Bizi “Dnepr”lə çətin oyun gözləyir. Bu oyundan sonra qarşıdakı planlar haqda düşünmək olar. Hazırda fikrimiz çempionata və avroliqaya yönəlib. Bu gün bütün futbolçulara güvənirəm. Hər birindən maksimum yararlanmağa çalışıram. Amma elə səhvlər olur ki... Bu gün desəm ki, kiminsə yerinə futbolçu axtarıram, bu, düzgün çıxmaz. Bakıdakı oyun da həm maraqlı, həm baxımlı olacaq. Amma “İnter” üçün asan olmayacaq”.Hakimliyə gəlincə, Qurbanov onların işindən narazı qalmadığını söyləyib:“Hakimlər toxunulmazdı. Mən onlar barədə fikir söyləməyi xoşlamıram. Bugünkü oyuna görə, hansısa irad bildirmək istəmirəm”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol