• $ 1.7
  • € 1.9768
  • ₽ 0.021378
  • ₺ 0.0418
  • £ 2.2847

Avropada plastik qablar tamamilə qadağan edilir

Avropada plastik qablar tamamilə qadağan edilir
28.03.2019 21:00
Avropa 2021-ci ilə kimi tamamilə təkistifadəlik plastik əşyalardan imtina edəcək. Bununla bağlı müvafiq qanun layihəsi martın 27-də Avropa Parlamentində qəbul olunub.

Bu barədə qurumun rəsmi saytında məlumat dərc olunub.

"Qara siyahı”ya təkistifadəlik plastik qab-qacaq, masaüstü avadanlıq, plastik içki çöpləri və s. əşyalar daxil edilib.

Bundan başqa, qanuna görə, 2029-cu ilə kimi Avropa İttifaqı ölkələri istifadə olunmuş plastik içki qablarının azı 90 faizini toplamalı olacaq. 2025-ci ilə kimi plastik içki qablarının tərkibinin azı 25 faizi təkrar emal olunmuş plastikdən ibarət olmalı olacaq. 2030-cu ildə isə minimum hədd 30 faizə qaldırılacaq.

Həmçinin, sənədə görə, "çirkləndirən ödəyir” prinsipi daha da kəskinləşdiriləcək. Belə ki, qanun istehsalçıların ətraf mühitə vurduğu ziyana görə məsuliyyətini genişləndirir. Məsələn, dənizin dərinliklərinə gedən balıqçı torlarına görə balıqçılar yox, istehsalçılar cərimələnəcək. 

Gigiyenik bezlər, nəm salfetlər, plastik filterli siqaretlər istehsal edən şirkətlər, məhsulun üzərində plastik materialın ekologiyaya mənfi təsirləri barədə xəbərdarlıq yerləşdirməli olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Dünya 14:20
Türk lirəsi yeni tarixi rekorda imza atıb
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Dünya 12:13
Hindistanda yol qəzasında 11 nəfər ölüb
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Dünya 11:26
Suriya XİN rəhbəri Türkiyəyə səfər edəcək
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Dünya 09:54
Putinin təhlükəsizliyini ABŞ xüsusi xidməti təmin edəcək
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Dünya 09:48
Tramp Putinlə onun “gözünün içinə baxmaq” üçün görüşəcək - Rubio
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Dünya 00:55
Çin və Hindistan arasında birbaşa uçuşlar bərpa oluna bilər
Netanyahu İran xalqına müraciət edib
Dünya 00:02
Netanyahu İran xalqına müraciət edib
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Dünya 23:45
Putin ilə Kim Çen In arasında telefon danışığı olub
Balıkesirdə yenidən zəlzələ olub
Dünya 23:41
Balıkesirdə yenidən zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol