• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

AFFA və Bakcell Bakıda Mançester Yunayted Futbol Məktəbini təqdim etdi - FOTOLAR

AFFA və Bakcell Bakıda Mançester Yunayted Futbol Məktəbini təqdim etdi - FOTOLAR
24.09.2014 12:35
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və İngiltərənin Mançester Yunayted futbol klubu ilə əməkdaşlıq çərçivəsində iki il ərzində Mançester Yunayted Yay Futbol Məktəbinin uğurla həyata keçirilməsinin ardından Bakıda Mançester Yunayted Futbol Məktəbinin açıldığını elan edir.İlkin mərhələdə Akademiyanın istedadlar qruplarında 32 uşaq təlim keçəcək. İstedadlar qruplarında təhsil ödənişsizdir.İstedadlar qrupları və kommersiya əsaslı qruplar iki yaş qrupu üzrə təşkil olunacaq: 1) U8/U9 - (2006 və 2007-ci il təvəllüdlü) - 16 uşaq 2) U10/U11 - (2004 və 2005-ci il təvəllüdlü) - 16 uşaqHər bir kateqoriya üzrə uşaqları Mançester Yunayted klubunun ezam olunmuş məşqçiləri seçəcəklər.Məşqlər Mançester Yunayted Futbol Məktəbindən ezam olunan məşqçilər və iki nəfər yerli məşqçi assistent tərəfindən keçiriləcək. Məşqlərdən əvvəl uşaqlara ingilis dili tədris olunacaq (həftədə ən azı iki dəfə).Futbol Məktəbinə qeydiyyat 15-22 sentyabr tarixləri arasında keçirilib. İstedad qruplarına seçim isə sentyabrın 23-də Bayıl Arena Stadionunda aparılıb.AFFA-nın prezidenti cənab Rövnəq Abdullayev: “Bakcell şirkətinin dəstəyi ilə Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və milyonlarla azarkeşi olan İngiltərənin dünya şöhrətli Mançester Yunayted klubunun birgə həyata keçirdikləri bu layihə – Mançester Yunayted Futbol Məktəbinin Bakıda fəaliyyətə başlaması – ölkənin futbol həyatında çox önəmli bir hadisədir. Bakıda fəaliyyət göstərəcək bu futbol məktəbi ölkədə futbolun keyfiyyət səviyyəsinin yüksəldilməsində xüsusi rol oynayacaqdır. Həftədə ən azı iki dəfə keçiriləcək məşqlərdən qabaq uşaqlara ingilis dili dərsləri keçiriləcəkdir ki, bu da, həmçinin, təqdirəlayiq bir haldır. Ümidvaram ki, Mançester Yunayted Futbol Məktəbinin Azərbaycanda həyata keçirəcəyi işlər çox qısa bir zamanda öz bəhrələrini verəcək və burada təlim keçən uşaqlar ölkə futboluna öz layiqli töhfələrini verə biləcəklər. Biz, AFFA-nın adından Bakcell şirkətinə və Mançester Yunayted klubuna səmimi qəlbdən təşəkkürümüzü bildiririk”.“Bakcell iki il ərzində AFFA və Mançester Yunayted klubu ilə əməkdaşlıq şəraitində Mançester Yunayted Yay Futbol Məktəbini uğurla təşkil edib. Bu layihədə iştirak edən uşaqların böyük uğurları bizi Mançester Yunayted Futbol Məktəbini Azərbaycana gətirməyə ruhlandırdı. Bu uşaqların sayəsində biz Azərbaycan futbolunun böyük potensiala malik olduğunu gördük və daha böyük imkanları Azərbaycan futboluna yaxın gətirməyə qərar verdik. Mən inanıram ki,Mançester Yunayted Futbol Məktəbi bundan öncə təşkil etdiyimiz yay futbol məktəbi kimi uğurlu layihə olacaq və biz gələcəkdə bundan da yaxşı nəticələri sizinlə bölüşəcəyik”, deyə Bakcell şirkətinin baş icraçı direktoru cənab Riçard Şirer bildirib.AFFA və Bakcell şirkəti Azərbaycanda futbolun inkişafı naminə əməkdaşlığı davam etdirir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol