• $
  • £

"Barsa" matçından öncə "Liverpul"a ikinci şok: daha bir ulduz sıradan çıxdı

28.05.2020 22:23
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "Barselona” ilə qarşılaşacaq "Liverpul” daha bir itki ilə üzləşib.


Fanat.Az xəbər verir ki, hücumçu Roberto Firmino zədə səbəbindən bu vacib görüşü buraxmalı olacaq. Bu barədə komandanın baş məşqçisi Yurgen Klopp klubun rəsmi saytına məlumat verib. Braziliyalı forvardın əzələsi dartılıb. 


Firmino cari mövsümdə "Liverpul"un heyətində 47 rəsmi oyuna çıxıb. Bu oyunlarda 16 qol vuran 27 yaşlı forvard 8 məhsuldar ötürmə edib.


Bundan başqa ötən gün Prmeyer Liqanın XXXVII turunda "Nyukasl”la keçirilən görüşdə (3:2) Məhəmməd Salah zədələnib. Matçın 2-ci hissəsində rəqib qapıçısı ilə toqquşan futbolçu başından zərbə alıb. O, meydanı xərəkdə tərk edib. Görüşdən sonra komandanın baş məşqçisi Yurgen Klopp bombardirin başından güclü zərbə aldığını, son durumunun müayinədən sonra bilinəcəyini deyib. Onun "Barselona"ya qarşı oynayıb-oynamayacağı bilinmir.


Qeyd edək ki, mayın 7-də keçiriləcək "Liverpul” - "Barselona” oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Komandaların "Nou Kamp”da görüşü Kataloniya klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol