• $
  • £

Bakıda erməni futbolçunun təhlükəsizliyinə zəmanət verildi

Bakıda erməni futbolçunun təhlükəsizliyinə zəmanət verildi
18.05.2019 09:15
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanı mayın 29-da Bakıda Avropa Liqasının finalında "Çelsi"yə qarşı keçiriləcək oyun zamanı heç bir təhlükə gözləmir.

Anews.az xəbər verir ki, baş katibin sözlərini "The Telegraph" nəşri sitat gətirib.
"Bizim dövlət orqanlarımız Mxitaryanın Bakıya gəlişi ilə bağlı UEFA-ya zəmanət veriblər. Təhlükəsizliyin təmin edilməsi ilə bağlı heç bir problem yoxdur. Biz UEFA-dan zəmanətin verilməsinə dair sorğunu hələ "Arsenal" finala çıxmamışdan əvvəl almışıq. Bizim hakimiyyət Mxitaryanın Bakıya gəlişi üçün bütün zəruri təhlükəsizlik tədbirlərini görüb", — deyə E.Məmmədov bildirib.

Daha əvvəl "The Times" nəşri "Arsenal" klubunun erməni futbolçunu
guya "təhlükəsizlik məqsədi ilə" Bakıya gətirməmək qərarına gəldiyini yazıb.
Daha əvvəl Azərbaycanın Xarici İşlər Nazirliyi bəyan edib ki, Mxitaryan Ermənistanla münasibətlərdə olan gərginliyə baxmayaraq, Avropa Liqasının finalında tam təhlükəsiz şəraitdə iştirak edə bilər.
Həmçinin Gənclər və İdman Nazirliyi İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları təkzib edib.(buta.media)

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol