• $
  • £

Maykl Ouen: "Bakıdakı final oyununa çoxlu ingilis fanat səfər edəcək"

Maykl Ouen:
25.05.2019 17:30
Mən daha əvvəl də Bakıda olmuşam, Azərbaycan milli komandasına qarşı çıxış etmişəm və qol vurmuşam. Bakı həmin vaxtdan bəri çox inkişaf edib, gözəlləşib və müasirləşib".

Bunu Bakıda keçiriləcək Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Bulvarda Azarkeş Festivalına qatılan İngiltərə milli komandasının sabiq futbolçusu Maykl Ouen "Report"a müsahibəsində deyib.

Ötənlərin məşhur hücumçusu "Arsenal" və "Çelsi" arasında təşkil olunacaq qarşılaşmadan gözləntilərini açıqlayıb: "Hər ikisi ingilis komandasıdır. Çoxlu ingilis fanatlar bu gözəl ölkəyə səfər edəcək və xoş təəssüratlar yaşayacaqlar. Komandaların gücləri bir-birinə yaxındır, ona görə də nə issə demək çətindir. Fikrimcə, "Çelsi" bir az daha yaxşı vəziyyətdədir. Yaxşı oyun alınacaq".

Ouen Avropa Liqasının yox, vaxtilə çıxış etdiyi "Liverpul" komandasının Çempionlar Liqasında "Tottenhem"lə keçirəcəyi final matçını canlı izləyəcəyini bildirib: "Əlbəttə, sevimli komandam "Liverpul"dur. Onlar bu il də Çempionlar Liqasının finalında iştirak edəcəklər. Mən orada uzun illər çıxış etmişəm. İstəyirəm ki, finalda qalib gəlsinlər. İşlərimlə bağlı Madridə gedəcəyəm və növbəti həftə orada olacağam. Avropa Liqasının finalını isə televizordan izləyəcəyəm".

Qeyd edək ki, Maykl Ouen 2004-cü il oktyabrın 13-də Bakıda Azərbaycan və İngiltərə milliləri arasında keçirilmiş dünya çempionatının seçmə matçında yeganə qolun müəllifi olub. Avropa Liqasının final qarşılaşması mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil ediləcək. 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol