• $
  • £

UEFA “Arsenal”ın Bakıda təxribat xarakterli aksiyasının qarşısını alıb

UEFA “Arsenal”ın Bakıda təxribat xarakterli aksiyasının qarşısını alıb
27.05.2019 23:46
"Kanonirlər” üzərində Mxitaryanın adı olan futbol köynəkləri ilə məşqə çıxmaq istəyiblər
Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) London "Arsenal”ının Bakıya gəlməkdən imtina etmiş erməni yarımmüdafiəçi Henrix Mxitaryanı dəstəkləmək məqsədilə Avropa Liqasının final matçı ərəfəsində planlaşdırdığı aksiyanın qarşısını alıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə məlumatı Daily Mail yayıb.
"Kanonirlər”in nümayəndələri UEFA funksionerləri ilə görüş keçirərək final matçı ərəfəsində üzərində erməni yarımmüdafiəçinin adı olan futbol köynəyi geyinərək "Çelsi”yə qarşı məşq keçirməyin mümkün olub-olmadığını müzakirə ediblər. Lakin UEFA "Arsenal”a etiraz edib və bildirib ki, belə hərəkətlər assosiasiyanın reqlamentində ciddi şəkildə qadağandır.
Xatırladaq ki, UEFA və Azərbaycan tərəfinin təşkilatçılar qarşısında ən yüksək səviyyədə təhlükəsizliyə zəmanət verməsinə baxmayaraq, Mxitaryan Avropa Liqasının final matçında iştirakdan imtina edib.
Qeyd olunur ki, idmançıların məşqlər, matç və mükafatlandırma mərasimində geyinəcəkləri idman forması dəsti UEFA rəhbərliyi tərəfindən təsdiq edilir. Bununla yanaşı, Bakıda olan "Arsenal” əməkdaşları Mxitaryanla bağlı hər hansı bəyanat verməkdən çəkinirlər. Özünə qarşı yerli azarkeşlərin düşmən münasibətini formalaşdırmamaq üçün "kanonirlər” yekunda sözügedən aksiyanı keçirməkdən imtina ediblər.
Xatırladaq ki, Avropa Liqasının final matçı mayın 29-da saat 23:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Yarış İngiltərənin "Arsenal” və "Çelsi” komandaları arasında olacaq.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
İdman 21:05
Futbol üzrə dünya çempionatına təyinat alan hakimlər açıqlanıb
Əliyar Ağayev cəzalandırılıb
İdman 22:17
Əliyar Ağayev cəzalandırılıb
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İdman 20:51
"Qarabağ" "Karvan-Yevlax"ı böyük hesabla məğlub edib
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol